Accessibility links

ABŞ Dövlət Departamentinin terrorizmlə bağlı hesabatı açıqlanıb


Birləşmiş Ştatlar bildirir ki,Yaxın Şərqdə və Afrikada Əl-Qaidənin filiallarının və terrorçu qrupların artması ABŞ və onun müttəfiqlərinin maraqlarına ciddi hədədir. Rəsmi Vaşinqton buna misal olaraq keçən ilin sentyabr ayında Nairobidə ticarət mərkəzindəki ölümlə nəticələnən terror hücumunu göstərib ki, bu, əslində Əl-Qaidənin zəiflədiyini, lakin onun filiallarının və buna bənzər terrorçu qruplaşmaların gücləndiyinə işarə hesab olunur.
Dövlət Departamentinin 2013-cü il terrorizmlə bağlı hesabatında Ayman Əl-Zəvahiri kimi yüksək rütbəli liderlərin Əl-Qaidənin filiallarına nəzarəti itirdikləri deyilir. Dövlət Departamentinin Terrorizmlə Mübarizə koordinatoru Tina Kaydanovun fikrincə bu filiallar gerdikcə daha çox aqressivləşir. “Göründüyü kimi onlar əvvəllər dünya boyu filiallarının fəaliyyətinə nəzarət etdikləri kimi artıq edə bilmirlər." deyə, Kaydanov bildirir.

Hesabatda Nigeriyadakı Əl-Şabab və Boko Haram qrupları da daxil edilməklə, əsasən diqqət Yaxın Şərq və Afrikada baş verənlərə yönəlib.











Tina Kaydanov: “Son illər biz əsasən Yəmən, Suriya, İraq, Şimali Afrika və Somali olmaqla, Əl-Qaidə filiallarının və buna bənzər aqressiv qruplaşmaların çoxaldığını müşahidə edirik.”

O, Suriyadakı böhranın daha çox narahatedici olduğunu deyir, “ona görə ki, Suriyada baş verən zorakılıqlar dünyanın müxtəlif ölkələrindən oraya ekstremistləri cəlb edir.”

“Suriya məsələsi siyasi mahiyyət daşıdığı üçün, orada siyasi böhran davam edir və bu, bəzilərini radikal düşüncəyə təhrik edir və onlar oraya can atırlar.”

Dövlət Departamentinin hesabatında İranın keçən il terrorizmə sponsorluq edən əsas dövlət olduğu deyilir. Hesabatda Tehran Hizbullah qrupuna yardım etməkdə, Afrikada özünün mövcudluğunu genişləndirməkdə və Suriya, Yəmən və Bəhreyndə silah qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG