Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi: Yaxın Şərq jurnalistlər üçün ən təhlükəli yer olaraq qalır


Jurnalistləri Müdafiə Komitəsi ilin yekunlarına dair hesabatında Yaxın Şərqin jurnalistlər üçün ən təhlükəli yer olaraq qaldığını bildirir.

Qərargahı Nyu-Yorkda yerləşən təşkilatın bildirdiyinə görə, 2013-cü ildə peşə fəaliyyəti ilə əlaqədar olaraq 70 müxbir həyatını itirib. Ölüm hallarının üçdə ikisi Yaxın Şərq regionunda baş verib. Keçən il bu rəqəm 74 olaraq göstərilirdi.

Yaxın Şərqin ən təhlükəli ölkəsi olaraq Suriya göstərilib. 2011-ci ildə ölkədə vətəndaş müharibəsi başlayandan hadisələri işıqlandıran 29 jurnalist həyatını itirib. Jurnalistləri Müdafiə Komitəsi il ərzində 60 jurnalistin oğurlandığını və onların yarısının hələ də itkin qaldığını bildirib.

2013-cü ildə təkcə İraqda 10, Misirdə isə altı jurnalist həyatını itirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG