Accessibility links

"Repressiv Azərbaycan rejimi ilk Avropa Oyunlarını keçirir"


Baku 2015 Avropa Oyunları

Baku 2015 Avropa Oyunları

ABŞ mətbuatı Azərbaycanda insan haqlarının pozulmasından yazır

Bu gün Bakıda birinci Avropa Oyunlarının açılışı ərəfəsində bu beynəlxalq yarışa yer verən ABŞ-ın nüfuzlu mətbuat orqanları Olimpiadanın sərt tənqid etməklə yanaşı, həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın göndərdiyi məktubu da dərc edib.

USA Today qəzetinin dərc etdiyi “Repressiv Azərbaycan rejimi ilk Avropa Oyunları ev sahibliyi edir” adlı məqalədə deyilir ki, ölkədə hökumət korrupsiya, dissidentlərə dözümsüzlük kimi ittihamlarla üzləşir. İdman naziri Azad Rəhimova istinad edən mətbuat orqanı 50 ölkədən 6000 atleti qəbul etmək üçün 1 milyard dollar xərcləndiyini bildirir.“5 yeni idman məkanı üçün milyonlarla dollar xərcləndikdən sonra qarşıdakı 2 həftə ərzində atletlər 20 idman növündə mübarizə aparacaq”, qəzet yazır.

USA Today

USA Today

Amnesty International-ın region üzrə araşdırmaçısı Levan Asastiani isə USA Today-ə bildirib ki, Azərbaycan oyunların tənqidlərdən azad zonada keçirilməsini istəyir.

"Hökumət artıq ölkədə onu tənqid edən hamını susdurub və indi onlar ölkənin qapılarını beynəlxalq insan haqları qruplarının da üzünə bağlayır” – deyə Asastiani USA Today-ə bildirib.

Qəzet yazır ki, yalnız insan haqları qrupları deyil, bəzi Avropa mətbuat orqanları da ölkəyə daxil ola bilməyib. Belə ki, Radio France InternationalThe Guardian qəzeti kimi mətbuat orqanlarının əməkdaşlarının ölkəyə daxil olmasının qarşısı son anda alınıb.

Washington Post-da dərc olunmuş redaksiya məqaləsi «Səudiyyə Ərəbistanı və Azərbaycanda insan haqlarına rişxənd» adlanır.

Bütün bu təmtəraqla eyni vaxtda kimsə elə bilir ki, prezident İlham Əliyev onlarla jurnalist və fəalı həbsə atdığına görə tənqidləri vecinə alır? Əliyev bu günlərdə «Amnesty International»ın ölkəyə girişinin qarşısını alıb, «Guardian»ın bu tədbiri işıqlandırmasını əngəlləyib.

Yazıda vurğulanır ki, Azərbaycan və Səudiyyə Ərəbistanındakı son hadisələr avtoritar rejimlərin böyük insan haqları pozuntularına görə cəzasız qalacaqlarına inamından doğur: çünki onlar bunu edə bilir və edirlər. Müəlliflərin fikrincə, repressiv rejimlər məhz bədəl ödəməyəcəklərini bildikləri üçün bu pozuntulara yol verirlər.

"Bakıda cümə günü Avropa Oyunları start götürür. 6 min atlet 20 idman növü üzrə yarışacaq, bəziləri gələn il Braziliyada keçiriləcək Olimpiya üçün təsnifat mərhələsidir. Bütün bu təmtəraqla eyni vaxtda kimsə elə bilir ki, prezident İlham Əliyev onlarla jurnalist və fəalı həbsə atdığına görə tənqidləri vecinə alır? Əliyev bu günlərdə «Amnesty International»ın ölkəyə girişinin qarşısını alıb, «Guardian»ın bu tədbiri işıqlandırmasını əngəlləyib. Rejim ATƏT-ə ölkəni tərk etmək göstərişi verib. Bütün bunlar da adi bir şey kimi baş verir. Cəza çəkməyəcəksə, bədəl ödəməyəcəksə, insanlar da stadionlarda sevinir, qışqırırsa, niyə də tərəddüd etsin ki?".

Xədicə İsmayılovanın məktubu New York Times qəzetində

Xədicə İsmayılovanın məktubu New York Times qəzetində

ABŞ-ın The New York Times qəzeti AzadlıqRadiosunun həbsdə olan araşdırmaçı-jurnalisti Xədicə İsmayılın redaktora məktubunu dərc edib. Məktubda Xədicə bütün siyasi məhbusların azadlığını tələb edir.

“Mən jurnalistəm və Azərbaycan hakimiyyətinin ali eşelonunda korrupsiya faktlarını ifşa etdiyimə görə həbsdəyəm. Mən onlarla digər siyasi məhbus – jurnalistlər, hüquq müdafiəçiləri, gənc fəallar, siyasətçilər, ölkədə vəziyyətə dair gerçəyi söyləyənlər ilə birlikdə təqib olunmuşam.

Azərbaycanın ən yaxşı vətəndaşları həbsdədir, Avropa Oyunlarından kənarda qalıblar. Hakimiyyət istəmir ki, siz bizi görəsiniz və ya bizim haqqımızda, yaxud bizim söylədiyimiz xoşagəlməz həqiqətlər haqda eşidəsiniz”- deyə məktubda bildirilir.

Xədicə İsmayılovanın məktubu tam olaraq buradan oxuya bilərsiniz.

XS
SM
MD
LG