Accessibility links

Bir nəfər beş ailə üçün donor ola bilər


Ailə
Ailə

Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirə edəcək

Milli Məclisin sosial siyasət komitəsi reproduktiv sağlamlığın müdafiəsi sahəsindəki vəziyyətdən narahatdır.

Turan agentliyinin məlumatına görə, komitənin noyabrın 29-da keçirilən iclasında “Reproduktiv sağlamıq haqqında” qanun layihəsi müzakirə edilib və parlamentə plenar iclasının müzakirəsinə tövsiyə olunub.

Komitə sədri deputat Hadı Rəcəblinin sözlərinə görə, sənədin qəbulu və düzgün tətbiqi millətin genetik sağlamlığının təmin edilməsi nöqteyi-nəzərdən çox əhəmiyyətlidir.

Layihədə analığın, insanın reproduktiv seçim və şəxsi reproduktivliyinin toxunulmazlığı hüququnun qorunması prioriteti əks olunub. Sənəddə həmçinin məxfilik, məsul hökumət orqanlarından xidmət və müvafiq məlumat almaq hüququ əksini tapıb. Sonsuzluğun müalicəsi, köməkçi reproduktiv texnologiyalardan istifadə razılığının alınması, reproduktiv hüceyrə donorluğundan istifadə də gələcək qanunun maddələrində yer alıb.

Həyat yoldaşlarından söhbət gedən faktlar istisna olmaqla, ekstrakorporal mayalanma (EKM) donorları 35 yaşınadək, nikahda olan və övladı olan, somatik və ruhi xəstəliklərdən əziyyət çəkməyən və müvafiq tibbi və genetik müayinədən keçən qadınlar ola bilər.

EKM donor xidmətlərindən istifadə edən potensial valideynin donorun milliyyəti, təhsili, peşəsi və xarici görünüşü haqqında məlumat almaq hüququna malikdir. Bu məlumatları ona həkim verir.

Rəsmi nikahda olan şəxslər yalnız həyat yoldaşının yazılı
icazəsi ilə EKM donoru qismində çıxış edə bilər.

Bir nəfər maksimum beş ailə üçün və buna nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq dövlət orqanları tərəfindən ixtisaslaşmış dövlət tibb müəssisələrində EKM donor ola bilər.

Qanun layihəsində həmçinin xüsusi sosial dəstəyə ehtiyacı olan və 10 il və daha çox müddət ərzində ikisindən birində və ya hər ikisində sonsuzluq olması səbəbindən övladı olmayan ailələrə qayğı da əksini tapıb. Belə ailələrin EKM xidmətlərindən bir dəfə pulsuz istifadə etmək və dövlət tibb müəssisələrində embrion yerləşdirmək hüququ var.

Qadağalara insan embrionunda kommersiya, hərbi və sənaye məqsədilə istifadə etmək aiddir.
Nota.az saytı bildirir ki, Milli Məclisin Sosial Siyasət Komitəsində aparılan təxmini hesablamalara görə son bir ildə nigah bağlayan 86 min cütlüyün 12 minə qədəri sonsuzluqdan əziyyət çəkir.

Komitə sədri Hadı Rəcəbli Nota.az-a bildirib ki, təxmini statistikaya görə Azərbaycanda nigaha girənlərin 13 faizinin dünyaya uşaq gətirmək imkanları məhduddur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG