Accessibility links

Koalisiya qüvvələri Rəqqadakı hədəfləri vurub


Kobani, Hasakah, and Raqqa, Syria
Kobani, Hasakah, and Raqqa, Syria

ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri hava hücumları Suriyanın şərqində şənbə və bazar günü İslam Dövləti qrupunun 23 yaraqlısıını öldürüb, digərləri isə yaralanıb.

Bu gün səhər açıqlanan bəyanatda deyilir ki, hava hücumları İS qrupunun Rəqqa və ətraf bölgələrdə tranzit kimi istifadə etdiyi əraziləri və digər tikililəti hədəf alıb. Koalisiyanın sözçüsü polkovnik leytenant Tomas Gelleranın dediyinə görə, güclü hava hücumları yaraqlıların ordunu Suriya və İraqda hərəkət etdirmək imkanlarının qarşısını almaq məqsədi daşıyıb.

Ölənləri sayı barədə məlumat isə Suriya İnsan Haqlarını Müşahidə qrupu tərəfindən açıqlanıb. IS-ə bağlı veb səhifə hücumları təsdiq edərək bildirib ki, hava hücumların 10 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.

Dünən isə İslam Dövləti yaraqlıları 25 nəfərin Suriyanın tarixi Palmira şəhərində amfiteatrın qarşısında yeniyetmələr tərəfindən edam olunduğunu göstərilən video yaymışdı.

İslam Dövlətinin may ayında Palmiranı ələ keçirəndən bəri şəhərdə 200-ə yaxın edam həyata keçirdiyi ehtimal olunur.

XS
SM
MD
LG