Accessibility links

Rəşad Həsənov barəsində üç aylıq həbs qətimkan tədbiri seçilib


Rəşad Həsənov

Rəşad Həsənov

N!DA İdarə Heyətinin üzvü qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmədə ittiham edilir. Martın 9-dan başlayaraq artıq 4 N!DA-çı həbs edilib

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənovun barəsində üç aylıq həbs qətiimkan tədbiri seçilib.

Vəkil Əsabəli Mustafayevin sözlərinə görə, onu Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsi ilə ittiham edirlər.

Vəkil bildirib ki, onunla görüşə bilməyib və hazırda Rəşad Həsənov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Martın 14-də R.Həsənov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

İttihamlar təsdiqlənərsə Rəşad Həsənovu 5-8 il həbs gözləyir.

Xatırladaq ki, martın 9-da N!DA-nın üç fəalı - Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov saxlanılıb. Məhkəmə onların narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay müddətinə həbsinə qərar verib.

İstintaq onların mənzilində narkotik maddə və “Molotov kokteyli” aşkarlayıb. Lakin gənclərin ailə üzvləri bütün bunların mənzillərə gənc fəalları saxlayan MTN işçiləri tərəfindən qoyulduğunu iddia edirlər.

N!DA Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.
XS
SM
MD
LG