Accessibility links

Dövlət Bayrağı Meydanının keçmiş rəhbəri azadlığa buraxılıb (Yenilənib)


Rəşad Məmmədov
Rəşad Məmmədov

Dövlət Bayrağı Meydanı Kompleksinin rəhbəri Rəşad Məmmədov bu gün məhkəmə zalından azadlığa buraxılıb. Onunla birgə ittiham olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun üzərindən də qətimkan tədbiri dəyişib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən hər üç şəxs barəsində 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrumetmə hesablanıb və məhkəmə zalında azadlığa buraxılıb. Hökmə əsasən Rəşad Məmmədov 2 il rəhbər vəzifə tutmaqdan məhrum edilib və onun bir obyekti dövlətin xeyrinə müsadirə edilib. Bu barədə vəkil Akif Əlizadə Amerikanın Səsinə bildirib.

Vəkil Rəşad Məmmədova bəraət istəyib. “Çünki Məmmədov təqsirkar yox, zərərçəkəndir”, o qeyd edib.

***

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçitilən Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəhbəri Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun artıq 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edildiyini bildirib.

Prokuror həmin şəxslərin məhkəmə zalından azadlığa buraxılmasını, Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını məhkəmədən xahiş edib.

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəhbəri Rəşad Məmmədov, bu işlə əlaqədar olan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov 2015-ci ilin yazında həbs edilib.

Rəşad Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunur. İ.İsfəndiyarov və A.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Bu il martın 4-də A.Məmmədov barəsində həbs-qətimkan tədbiri dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG