Accessibility links

Dövlət Bayraq Meydanı İdarəsinin keçmiş rəisinin saxlanması barədə məlumatlar yayılıb


Rəşad Məmmədov

Rəşad Məmmədov

Bakının Səbail rayon Məhkəməsi mayın 14-də Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi Rəşad Məmmədovun həbsinə icazə verib. Bu barədə yerli media hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Səbail rayon Məhkəməsindən Amerikanın Səsinə Rəşad Məmmədov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib ediblər. “Belə məlumatları məhkəmə vermir. Bu məlumatlar konfidensialdır. Yalnız vəkil bu məlumatları verə bilər”, deyə məhkəmədən bildirblər.

Məmmədovun vəkili isə telefon zənglərinə cavab vermir.

Maraqlıdır ki, artıq bir neçə gndür Rəşad Məmmədovun saxlanması ilə bağlı mediada məlumatların dərc olunmasına baxmayaraq, rəsmi qurumlar hələ də bu barədə məlumat yaymayıb və ya mediada yazılanlara reaksiya verməyib.

Qeyri-rəsmi məlumatlara görə, Məmmədov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır, istintaq MTN tərəfindən aparılır.

Xatırladaq ki, prezident Rəşad Məmmədovu mayın 4-də vəzifəsindən azad edib. Səbəb göstərilməyib. Lakin tezliklə hökumətyönlü mediada Məmmədova məxsus “Azimport” şirkəti tərəfindən yol verilmiş ciddi fırıldaqçılıq faktları haqqında məlumat yayılıb.

Xüsusən, bildirilir ki, dövlətin Bayraq Meydanı ərazisində abadlıq işləri və vətəndaşların bu ərazidən köçürülməsi üçün ayırdığı böyük vəsaitin mənimsənilməsində Rəşad Məmmədovun əli var.

Rəşad Məmmədov son günlər müxtəlif maxinasiyalara, mənimsəmələrə və Azərbaycan Beynəlxalq Bankına kreditləri ödəmədiyinə görə məsuliyyətə cəlb edilmiş çoxsaylı oliqarxdan biridir.

XS
SM
MD
LG