Accessibility links

Rəşad Həsənov: "Mən burada dediklərimdən əlavə nəsə desəm inanmayın!" [Video]


Martın 14-də günorta saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılaraq, Baş Prokurorluğun ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılan NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşad Həsənov barəsində daha sonra üç aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsi ilə ittiham edilir.

N!DA Vətəndaş Hərəkatı Rəşad Həsənov və digər 3 üzvünün həbsini martın 10-da Fəvvarələr Meydanında keçirilən "Əsgər ölümlərinə son" aksiyası ilə əlaqələndirir. Bunu martın 9-dan 10-a keçən gecə təcili brifinq keçirən N!DA İdarə Heyəti bildirmişdi. Brifiq zamanı isə hazırda təcridxanada saxlanılan Rəşad Həsənov həbs edilməsini ehtimal edərək demişdi: "Eləmədiyimiz şeyləri və burada demədiyimiz şeyləri bizə də təzyiq edib, işgəncə verib dedirtsələr, televiziyada versələr inanmayın. Mən burada dediklərimdən əlavə qeyri bir şey desəm ona inanmayın. Mənim burada dediklərim həqiqətdir!" Daha sonra Rəşad Həsənov digər dostlarına da müraciət edərək, oxşar rəy alır: "Həqiqət bizim burada dediklərimizdir!".

N!DA-nın brifinqinin məqsədi 10 mart aksiyasının təxribat xarakteri daşımadığını, onların üzvlərinin heç birinin zorakılığı dəstəkləmədiyini ictimaiyyətə yaymaq olub.

Xatırladaq ki, martın 9-da N!DA-nın üç fəalı - Şahin Novruzlu, Bəxtiyar Quliyev və Məmməd Əzizov saxlanılıb. Məhkəmə onların narkotik və partlayıcı maddələr saxlamaq ittihamı ilə 3 ay müddətinə həbsinə qərar verib.

Obyektiv TV-nin işıqlandırdığı brifinqi tam olaraq aşağıdakı videodan izləyin:

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG