Accessibility links

N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Amerikanın Səsinə yeni üzvləri və gələcək fəaliyyətləri barədə müsahibə verib

N!DA Vətəndaş Hərəkatının 4 üzvünün saxlanılmasından və Azərbaycan televiziyaları vasitəsilə zorakı təşkilat kimi təqdim olunmasından sonra bir çox insan "N!DA"ya dəstək olmaq səyləri çərçivəsində təşkilata üzv yazılacaqlarını elan etmişdi. Hərəkatın İdarə Heyətinin üzvü Rəşadət Axundov Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində həbslərdən sonra üzvlərin sayının artdığını bildirib.

150-dən artıq yeni üzvün olduğunu deyən cənab Axundov yeni müraciətləri iki hissəyə ayırır: "Birincisi siyasi mənsubiyyəti olmayan insanlardır. Biz 150 rəqəmini səsləndirəndə əsasən onları nəzərdə tuturuq, yəni sırf siyasi partiya mənsubiyyəti olmayan insanları. Digər tərəfdən bu həbslərdən sonra dəstək jesti kimi bir çox insan və təşkilat "N!DA"nı dəstəklədi və üzv oldu. Onlara "N!DA" aktivistləri kimi yox, fəxri üzvlər kimi baxırıq."

Yeni 150 üzvün Bakı və regiondan aktiv gənclər olduğunu dilə gətirən Rəşadət Axundov keçən həftə 30 nəfərlə artıq görüş keçirildiyini və onların rəsmi olaraq N!DA üzvlüyünə qəbul edildiyini deyib. "Dəstək jesti ilə üzv olanlar arasında konkret olaraq "EL" Hərəkatı, Müsavat Partiyasından başqan İsa Qəmbər, Gülağa Aslanlı, hüquqşünas Əlövsət Əliyev, VHP Gənclər Təşkilatı və Azad Gənclik Təşkilatının üç idarə heyəti üzvü və iki aktivisti var. Onların bəziləri üzvlük üçün anket doldurub, bəziləri doldurmayıb" - deyə Rəşadət Axundov Amerikanın Səsinə bildirib.

Rəşadət Axundovla müsahibəyə qulaq asarkən aşağıdakı suallara cavab tapacaqsınız?

- N!DA yeni aksiyalar planlaşdırırmı?

- Televiziyalardakı N!DA haqda informasiya hərəkatın imicinə necə təsir edib?

- N!DA gələcək fəaliyyətində dəyişiklik etməyi düşünürmü?

- N!DA beynəlxalq təşkilatları nəyə çağırır?

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG