Accessibility links

“Rəşadəti o böyütmüşdü.”


Rəşadət Axundov, N!DA Vətəndaş Hərəkatı

Rəşadət Axundov, N!DA Vətəndaş Hərəkatı

Həbsdə olan N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundovun babası bir az əvvəl xəstəxanada vəfat edib. Əyanət Axundov dünən sevimli nəvəsinin həbs müddətinin uzadılacağını eşitdikdən sonra intihara cəhd etmişdi. Xəbəri Amerikanın Səsinə Rəşadət Axundovun xanımı Türkan Hüseynova təsdiq edib.

“Ən böyük nəvəsi olan Rəşadəti 14 yaşınadək o böyütmüşdü,” deyə Türkan xanım bildirib. Bu yaxınlaradək Rəşadətin tezliklə azadlığa buraxılacağına inanan baba nəvəsinin yeni ittihamla üzləşdiyini və 12 il həbs cəzası ala biləcəyini eşitdikdən sonra damarlarını doğrayıb. Dünən gecə xəstəxanaya çatdırılan 74 yaşlı Əyanət Axundov bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib. Həkimlər onun ölümünü çox qan itirməsi ilə izah edirlər. “Səhər özünə gəlmişdi, danışa bilirdi,” deyə Türkan Hüseynova günün birinci yarısında Əyanət Axundovla danışdığını bildirib.

Türkan xanım Rəşadətin babasının ölümündən hələ ki xəbəri olmadığını ehtimal edir. “Yəqin ki, sabah qəzetlərdən oxuyacaq,” deyə o, Amerikanın Səsinə bildirib.
XS
SM
MD
LG