Accessibility links

Rəşid Hacılı: Qanuna dəyişiklik həyəcan doğuran xaotik əhval-ruhiyyədən irəli gəlir [Video-Müsahibə]


Milli Məclisin plansız olaraq ifadə azadlığı ilə bağlı maddələrin məzmununa tələm-tələsik, tez-tez dəyişikliklər etməsi xeyli suallar doğurur

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Amerikanın Səsinə müsahibəsində Azərbaycan Milli Məclisinin diffamasiya haqqında cinayət qanunvericiliyini İnternetə şamil etmək qərarını kəskin tənqid edib.

Müsahibədən seçmələri təqdim edirik:

Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri əvvəlki redaksiyada internetə də şamil edilirdi
- Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri əvvəlki redaksiyada internetə də şamil edilirdi. Bunun üçün xüsusi düzəliş etməyə lüzum yox idi. Qanunvericiliyə internetlə bağlı dəyişiklik edilməsi lüzumunun haradan doğduğu xeyli suallara yaradır.

- Bir həftə əvvəl parlament həmin maddələrə başqa bir dəyişiklik etmişdi. Milli Məclisin plansız, xaotik olaraq Cinayət Məcəlləsinin ifadə azadlığı ilə bağlı olan 147 və 148-ci maddələrinin məzmununa tələm-tələsik, tez-tez dəyişikliklər etməsi xeyli suallar doğurur.

- Bu qərarlar hökumətin indiyədək beynəlxalq və yerli ictimaiyyət qarşısında elan etdiyi, səsləndirdiyi vədlərdən açıq-aşkar geri çəkilməsidir.

Bu qərarlar hökumətin indiyədək beynəlxalq və yerli ictimaiyyət qarşısında elan etdiyi, səsləndirdiyi vədlərdən açıq-aşkar geri çəkilməsidir.
- Prezidentin ötən il imzaladığı fəaliyyət proqramında açıq-aydın yazılıb ki, hökumət diffamasiyanın Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı qanun hazırlayacaq və qəbul edəcək. Hökumət 147-ci və 147-ci maddələrin sanksiyalarının aradan qaldırılmasını vəd edir. Amma bu gün parlamentin qərarında həmin maddələrin sanksiyalarının daha da ağırlaşdırılmasını, təsir dairəsinin genişləndirilməsini görürük.

- Həm də hökumət ötən il Avropa Şurasının Venesiya Komissiyasına “Diffamasiya haqqında” qanunun hazırlanması ilə bağlı rəy almaq üçün müraciət edib. Müraciəti Prezident Administrasiyasının rəhbəri imzalayıb. Sənəddə deyilir ki, CM 147 və 148-ci maddələri bir neçə ildir tətbiq olunmur və bundan sonra da tətbiq olunmaması üçün tədbirlər görülür. Bunlardan sonra qanuna belə dəyişikliklər edilməsi hansısa həyəcan doğuran xaotik əhval-ruhiyyədən irəli gəlir.

Bu daha çox son dövrlər yüksələn ictimai fəallıqla bağlıdır.
- Bu daha çox son dövrlər yüksələn ictimai fəallıqla bağlıdır. İctimai fəallıq da təbii ki, ifadə azadlığında, xüsusilə də internet üzərindən yayılan məlumatlarda özünü göstərir. İnternet mediadan fərqli olaraq hər bir vətəndaşa fikrini azad ifadə etmək imkanı verir. İctimai fəallıq artdıqca insanların da internetdə fəallığı artır. Bu bir çoxlarında qorxu, narahatlıq yaradır ki, fəallığın artması nəticə etibarı ilə prezident seçkilərində öz uğuruna inanmayan, şübhə doğuran şəxslər üçün hansı nəticələr yarada bilər.

- Facebook-un kəsilməsi ilə bağlı səslənən fikirlər absurddur. Facebook-u kəsmək mümkün deyil, məhdudlaşdırmaq olar. Amma bu da internetin
İnsanlar hökuməti söyürsə, deməli inam azalıb.
kəsilməsi deməkdir. İnterneti isə kəsmək mümkün deyil. Çünki hökumətin fəaliyyətinə ciddi təsir edəcək, internetdən ən çox istifadə edən hökumətlərdir.

- Hökumət insanları daha sərt ifadə işlətməyə vadar edən səbəbləri aradan qaldırmalıdır. İnsanlar hökuməti söyürsə, deməli inam azalıb. Bu halda hökumətə inamı artırmaq üçün addımlar atmaq lazımdır, islahatlar aparılmalıdır.
XS
SM
MD
LG