Accessibility links

ABŞ Respublikaçı qanunvericiləri Birləşmiş Ştatların maliyyə öhdəliklərini defolt etməməsi üçün ölkənin borc limitini qısa müddətə artırmağı təklif edib. Ancaq onlar bunu yalnız Barak Obama hökumətin bir qisminin bağlanması barədə danışıqlar aparmağa razılıq verəcəyi təqdirdə edəcəkləri deyiblər.

Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palarasının spiker Con Beyner həmkarlarından ölkənin borclarını ödəməsi üçün 16.7 trilyon dollarlıq borc tavanını noyabr ayının 22-dək artırmağı xahiş edib.

Respublikaıların əsas liderləri daha sonra plan barədə Barak Obama ilə danışıqlar aparmaq üçün Ağ Evə üz tutub.

Cənab Beyner deyib ki, o, 10 gün davam edən böhrana son qoymaq üçün prezidentə ideyalar təklif edə bilər. Ancaq spiker ideyaların detallarına varmayıb.
XS
SM
MD
LG