Accessibility links

Respublikaçı iddialı birinciliyini qoruyur

  • Amerikanın səsi

Respublikaçı iddialı birinciliyini qoruyur

Respublikaçı iddialı birinciliyini qoruyur

2012-ci il prezidentlik uğrunda yarışda Respublikaçıların partiyadaxili ilk praymerizinə 10 gün qalmış Mitt Romninin yaxşı maliyyələşmiş siyasi maşını onun qələbə şanslarını gücləndirməkdə davam edir.

Televiziyada açıqlanan reklam kampaniyası və Respublikaçı dövlət adamlarının dəstəkləri sayəsində Romni başlıca rəqibi, Nümayəndələr Palatasının sabiq spikeri Nyu Gingriçi zəiflətməyə nail olub.

Gingriç bu ay Ayova ştatında keçirilən bəzi rəy sorğularında Romnini üstələyirdi. Amma neqativ TV reklamları Gingriçi hədəf alarq namizədin ictimai dəstəyinə sarsıdıcı zərbələr endirib.

Romniyə məxsus “Gələcəyimizi Bərpa Edək” adlı super siyasi fəaliiyyət kampaniyası ötən iki həftə ərzində reklamlara 2.6 milyon dollar sərf edib. Bunun nəticəsində Gingriçin birinciliyi əriməyə başlayıb. Bəzi analistlər rəqiblərin xərcləmə nisbətini 34:1 nisbətində səciyyələndirir.

İlk praymeri yanvarın 3-də Ayovada, ikinci praymeri isə yanvarın 10-da Nyu Hempşir ştatında keçiriləcək.

XS
SM
MD
LG