Accessibility links

Respublikaçı namizəd kartellərə qarşı hərbi qüvvədən istifadə edəcəyini deyir

  • Amerikanın səsi

Respublikaçı namizəd kartellərə qarşı hərbi qüvvədən istifadə edəcəyini deyir

Respublikaçı namizəd kartellərə qarşı hərbi qüvvədən istifadə edəcəyini deyir

ABŞ prezidentliyinə Respublikaçı iddialı Rick Perry Meksikanın narkotika kartellərinə qarşı mübarizəsində ABŞ hərbi qüvvələrindən istifadə edəcəyini bəyan edib.

Cənub sərhədində yerləşən Texas ştatının qubernatoru deyib ki, ABŞ-ın müdaxiləsi Kolumbiya hökumətinin narkomafiyaya qarşı mübarizə səylərində olduğu kimi yardımçı funksiya daşıyacaq.

“Biz Kolmubiyada bunun qarşısını birgə səylərlə aldıq və bu mübarizə bizim hərbçilərin Meksika hökuməti ilə əməkdaşlığını tələb edə bilər. Biz birlikdə narko-kartelləri məhv etməliyik və onları öz sərhədlərimizdən uzaqlaşdırmalıyıq,” deyə cənab Perry bildirib.

ABŞ hərbçiləri xeyli müddətdir ki, Kolumbiyada narkomafiyaya qarşı mübarizə aparan hökumət qüvvələrinə yardım edir və təlim keçirlər.

Rick Perry Respublikaçılar partiyasından 2012-ci il seçkilərində ən şanslı namizədlərdən biridir.

XS
SM
MD
LG