Accessibility links

Respublikaçı namizədlər debatda qarşılaşıblar


Respublikaçı namizədlər debatda qarşılaşıblar
Respublikaçı namizədlər debatda qarşılaşıblar

Səkkiz Respublikaçı namizəd sosial proqramlar, mühacirət və Əfqanıstanda müharibə mövzularında debat keçiriblər.

Floridada təşkil olunan debatda mühafizəkar seçicilər namizədlərə suallar ünvanlayıblar. Əsasən Çay Ziyafəti tərəfdarlarından ibarət olan iştirakçılar öz suallarını internet vasitəsilə veirblər.

Yarışın ön sırasında gedən Rik Perri və Mitt Romni ictimai pensiya sistemi üzərində toqquşublar. Sabiq Massaçusets qubernatoru Romni Texas qubernatorunu Sosial Təminat proqramını Ponzi Piramidası adlandırdığına görə tənqid edib. Perri özünü müdafiə etməyə çalışıb.

Debatın başqa iştirakçıları mühafizəkar ideyalardan, büdcə xərclərində ixtisarların vacibliyindən danışıblar.

XS
SM
MD
LG