Accessibility links

Respublikaçı spiker prezident Obamanın iş planını tənqid etdi

  • Amerikanın səsi

Respublikaçı spiker prezident Obamanın iş planını tənqid etdi

Respublikaçı spiker prezident Obamanın iş planını tənqid etdi

Nümayəndələr Palatasının Respublikaçı spikeri Con Beyner deyir ki, prezident Barak Obamanın iş yaratma planı Amerikada iş yerlərinin artmasına yaramır.

Vaşinqtonda İqtisadiyyat Klubunda etdiyi çıxışda Beyner iş yerləri açmağın ifrat nizamlamalar, hazırkı vergi kodu və hökumət xərcləri tərəfindən əngəlləndiyini deyib.

O, fərdi və korporativ vergiləri artırmadan xüsusi konqres komitəsini vergi islahatları həyata keçirməyə çağırıb. Respublikaçıların ümumilikdə cənab Obamanın planına qarşı çıxmasına baxmayaraq Beyner bildirib ki, prezidentin bəzi təklifləri məqbul sayıla bilər.

Beynerin nitqi prezident Obamanın 447 milyard dollar həcmində iş planı irəli sürməsindən sonraya təsadüf edir.

XS
SM
MD
LG