Accessibility links

Tropik qasırğa respublikaçıların Floridanın Tampada keçiriləcək Milli Konvensiyasını yubadır. Sabah ABŞ prezidentiyinə respublikaçı namizəd Mitt Romninin nominasiyası rəsmən elan edilməli idi. Lakin hava şəraitinə görə, cərşənbə axşamı günortayadək konvensiya təxirə salınıb.

Romni cümə axşamı günü Nyu Hempşirdəki yay evindən qəbul çıxışını etməlidir.

Fox News-a müsahibəsi zamanı respublikaçı namizəd çıxışında xalqının unikallığı və qeyri-aidiliyinə dair inamını dilə gitərəcəyini deyib.

Romni seçildiyi təqdirdə prezident Obamanın səhiyyə proqramını ləğv edəcəyinə and içib.
XS
SM
MD
LG