Accessibility links

Respublikaçılar partiyası daxilində dərin fikir ayrılıqları [Video]


Respublikaçılar partiyası daxilində dərin fikir ayrılıqları
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Partiya isteblişmetindən kənar iki namizəd – Donald Tramp və Ted Kruz- mötədil namizədlərdən daha çox praymeridə qələbə əldə ediblər. Bu fikir ayrılıqları Pensilvaniyada da mövcuddur. Ştatda qeyri-adi bir qayda Respublikaçılar partiyasının nümayəndələrinə bu yay partiya qurultayında nominasiya etmək istədikləri şəxsə səs verməsinə icazə verir. Bu isə heç bir namizəd nümayəndələrin əksəriyyətini qazanmadığı halda çox mühüm rol oynaya bilər.

Qurultay mübahisəli keçəcək, çünki partiyada söz sahibləri əsasən Ted Kruzu dəstəkləyir. Onlar Trampın nominasiya olunmasının qarşısını almaq üçün Kruzdan istifadə edir.

Mark Skaringi Pensilvaniya seçicilərinə bildirmək istəyir ki, ona verilən hər bir səs Donald Trampa verilən səs deməkdir.

“O, isteblişmentdən kənar bir şəxs olaraq, Vaşinqtonda çoxlu işlər görə bilər.”

Siyasi tokşou aparıcısı vəkil Skaringi bu yay Klivlenddə keçiriləcək Respublikaçılar qurultayında Pensilvaniya ştatından nümayəndə olmaq üçün namizədliyini irəli sürüb.

Respublikaçılar partiyasında prezidentliyə namizədlik uğrunda gərgin mübarizə getdiyinə görə, heç bir namizəd nominasiya almaq üçün yetərli nümayəndə sayı əldə edə bilməsə, vahid namizəd Pensilvaniya nümayəndələrinin verdiyi qərar əsasında müəyyən ediləcək. Bu nümayəndələr isə istədikləri kimi səs verə bilərlər.

“Qaydalar elə yazılıb ki, biz öhdəçilikdən azadıq. Yəni biz istədiyimiz namizədə səs verə bilərik.”

Əgər konvensiyadakı nominasiya prosesi bir neçə raunddan ibarət olsa, onların qərarları çox mühüm rol oynaya bilər.

“Qurultay mübahisəli keçəcək, çünki partiyada söz sahibləri əsasən Ted Kruzu dəstəkləyir. Onlar Trampın nominasiya olunmasının qarşısını almaq üçün Kruzdan istifadə edir.”

Pensilvaniyada nümayəndələr arasında ziddiyyətlər Respublikaçı isteblişmenti və kənar namizədlər arasındakı ziddiyəti əks etdirir.

Donlad Tramp
Donlad Tramp

Bəzi nümayəndələr çərşənbə günü keçirilən praymerinin nəticələrindən asılı olmayaraq Tramp və ya Kruza səs verəcəklərini deyir. Digərləri isə Pensilvaniya seçicilərinin seçiminə sadiq qalacaqlarını deyir.

Bu qeyri-adi bir prosesdir və əvvəlki seçki illərində də seçicilər konvensiyaya Çarli Qerou kimi siyasi təcrübədi olan nümayəndələri göndəriblər.

O, nümayəndə sayına görə partiyanın vahid namizədi olmadığı 1976-cı ildən bəri hər il Respublikaçılar partiyasının qurultayında iştirak edib.

“Mən qərarımı yaxşı mühakimə bacarığı, səmimiyyətim və təcrübəmə əsaslanaraq verəcəm.”

Gerou deyir ki, konvensiya bir neçə raunddan ibarət olsa, Trampın namizədliyi risk qarşısında ola bilər.

Seçicilər artıq yeni simalar, yeni insanlar, yeni səslər istəyir.

“Mümkündür ki, əgər üçüncü raunda keçsək, eyni şey Kruzla da baş versin. Bu isə Keysikin yeganə namizəd olaraq qalacağını göstərir.”

Amma Ohayo qubernatoru, mötədil respublikaçı Con Keysik rəqiblərindən geridə qalır.

Onun təcrübəsi bu seçki ilində seçicilərin diqətini cəlb etmir.

“Seçicilər artıq yeni simalar, yeni insanlar, yeni səslər istəyir.”

Gerou deyir ki, qarşıdan gələn qurultay onun üçün ən həyəcanlı bir tədbir olacaq.

“Mənim siyasi həyatımda ilk dəfə olaraq biz, Respublikaçılar, bu qulrultayda təkcə növbəti namizəd olacaq insanı seçmirik. Bu da müsbət bir haldır. Qurultaylar belə olmalıdır.”

Seçicilərin Pensilvaniyada verəcəyi qərar bu yay Klivlenddə öz təsirini göstərəcək.

XS
SM
MD
LG