Accessibility links

Cümə axşamı keçirilən debatda Donald Tramp digər namizədlərin hücumlarına rəqiblərini “yalan danışan Ted” və “balaca Marko” adlandıraraq cavab verib.

Məncə amerika xalqı başa düşür ki, insanlara qışqırıb, onları söymək o insanı güclü göstərmir

Debat zamanı Florida senatoru Marko Rubio, Texas senatoru Ted Kruz və Ohayo qubernatoru Con Keysik növbə ilə partiyasının vahid namizədi olmaq yolunda irəliləyən nyu-yorklu biznesmenə qarşı hücumlar yağdırıblar.

2016-ci ildə keçirilən respublikaçıların bütün debatlarında olduğu kimi Detroytda keçirilən bu son debatda da çox sayda qışqır-bağır və təhqirlər yer alıb.

Trampla Rubio arasındakı rəqabət cümə axşamı da davam edib. Donald Tramp floridalı senatoru “yalan danışan balaca oğlan” adlandırıb.

Rubio isə cavab olaraq “Siz Trampa iqtisadiyyatla bağlı sual verdiyiniz an, o belə təhqirlərə keçir” deyib.

Donald Tramp

Donald Tramp

Bu həftə keçirilən Super Çərşənbə Axşamı seçkilərində gözlənildiyindən güclü nəticələr əldə edən Kruz da Trampın kinayəli çıxışlarını tənqid edib.

“Məncə amerika xalqı başa düşür ki, insanlara qışqırıb, onları söymək o insanı güclü göstərmir,” deyə o bildirib. “Donaldı vahid namizəd olaraq seçmək fəlakət olar,” deyə o əlavə edib.

Rəy sorğularında aşağı nəticələr əldə edən Keysik isə bu qarşıdurmalardan uzaq durub.

“Mən həç bir zaman belə şeylərə qarışmıram,” deyə o bildirib.

XS
SM
MD
LG