Accessibility links

Respublikaçılar Konqresin hər iki palatasının nəzarətinə hazırlaşır [Video]


Hər iki partiya 2016-cı il prezident seçkilərini səbirsizliklə gözləyir

Respublikaçılar demokratlar noyabr seçkilərində məğlubiyyətindən sonra yanvar ayında Konqresin hər iki palatasının nəzarətinə başlamağa hazırlaşır. Bununla yanaşı hər iki partiya 2016-cı il prezident seçkilərini səbirsizliklə gözləyir. Bu seçkilər yeni Konqresi müəyyən etməklə yanaşı, Amerikanın yeni prezidentini də təyin edəcək.

Respublikaçıların yanvar ayında Konqresin hər iki palatasının nəzarətinə hazırlaşdığı bir vaxt hər iki partiya 2014-cü ilin ara seçkilərinin nəticələri və 2016-cı il prezident seçkilərində aldıqları dərsdən necə istifadə edilməsi yollarını araşdırır.

Respublikaçıların Konqresdəki qələbəsi Ağ Ev uğrunda yarışlarda da onların uğurunu təmin edə bilər. Bunu respublikaçırın pollsteri Uit Eyres deyir.

“Bizim respublikaçıları birləşdirəcək yaxşı namizədlərimiz var. Onlardan 2016 seçkilərində istifadə ediləcək.”

Respublikaçıların prezidentliyə namizəd qıtlığı yoxdur. Bunlar sabiq Florida qubernatoru Ceb Buş, Nyu-Cersi qubernatoru Kris Kristi və Texas senatoru Ted Kruzdur.

Demokratların çətinliyi isə fərqlidir.

Sabiq dövlət katibi Hillari Klinton namizədlər arasında öndə gedir. Lakin demokratların strateqi Selinda Leykin dediyinə görə, onun partiyasının iqtisadi mesajı olan bir namizədə ehtiyacı var.

"Demokratlar kimi biz ilk öncə iqtisadi planlarımızı və hər bir amerikalının rifah halını yaxşılaşdıracaq gündəliyimizi tərtib etməliyik.”

Təhlilçilər deyir ki, Klintonun uğuru onun özünü populyarlığını itirən prezident Obamadan uzaqlaşdırması ola bilər.

“Düz və ya yanlış olmasına baxmayaraq, insanlar Obamanın təcrübəsiz olduğunu düşünür. Lakin Klintonun təcrübəsi və kvalifikasiyasını sual altına alan yoxdur.”

Təhlilçi Con Fortiey isə deyir ki, populyarlığına baxmayaraq, Klinton demokrat namizədlərin rəqabəti ilə üzləşəcək.

“Onu əzmək asan olmayacaq. Lakin düşünürəm ki, onun xarici siyasətinin kəskinliyini sual altna alan tapılacaq.”

Uit Eyres deyir ki, demokrtalar prezident Obamadan sonra Ağ Evə yiyələnməyin çətin olacağını dərk etmir.

“Bir partiya üçün 3 dəfə ardıcıl olaraq prezidentliyi qazanmaq asan deyil. Tarix bunun qeyri-adi hal olduğunu sübut edir.”

Son dəfə belə hal 1988-ci ildə vitse-prezident Corc Buşun iki dəfə prezident seçilən Ronald Reyqandan sonra hakimiyyətə gəlməsi ilə baş vermişdi.

XS
SM
MD
LG