Accessibility links

Respublikaçı namizədlərin ilin son debatı - terrorizm və milli təhlükəsizlik diqqət mərkəzində


Respublikaçı namizədlərin Las Veqasda debatı

Respublikaçı namizədlərin Las Veqasda debatı

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə doqquz namizəd beşinci və bu ilin sonuncu debatında əsas diqqəti terrorizm və milli təhlükəsizlik məsələlərinə yönəldir.

Debatın ilk hissəsi rəy sorğularına görə irəlidə gedən Donald Trampın müsəlmanların mqvəqqəti olaraq Birləşmiş Ştatlara gəlişinə qadağa qoyulması haqda açıqlamaları ətrafında müzakirələrə həsr olunub.

Donald Tramp təklifini dəstəkləyərək deyib: "Biz təcriddən danışmırıq, biz təhlükəsizlikdən danışırıq. Biz dindən deyil, təhlükəsizlikdən danışırıq."

Florida ştatının keçmiş qubernatoru Ceb Buş Donald Trampın təklifini kəskin tənqid edərək, bunun qeyri-real olduğunu və ABŞ-ın Suriya və İraqda ekstremist İslam Dövləti qrupuna qarşı mübarizəsinə kömək etməyəcəyini deyib.

Donald Trump (ortada), Ben Karson (solda) and Ted Kruz (sağda)

Donald Trump (ortada), Ben Karson (solda) and Ted Kruz (sağda)

"Biz İŞİD-i və xilafəti məhv etməliyik. Qaçqın məsələsi biz İŞİD-i orada məhv etdikdən sonra ərəb ölkələrinin köməyi ilə həll olacaq"-deyə Ceb Buş bildirib.

Nevada ştatının Las Veqas şəhərində debat Ayova ştatında ilkin seçki mövsümündə nominasiya prosesində olduqca mühüm tədbir olan kokusdan iki ay əvvəl keçirilir.

Las Veqasda respublikaçıların debatı Amerikada terrorzm və milli təhlükəsizlik məsələlərilə bağlı ictimai narahatlıq fonunda keçir və yeni rəy sorğularının nəticələrim ilyardçı iş adamı Donald Tramp və Texas ştatından senator Ted Kruzun kampaniyalarının möhkələmləndiyini göstərir.

Debatdan əvvəl ölkə üzrə keçirilmiş rəy sorğularına görə Donald Tramp irəlidə getməyə davam edir. Lakin Ted Kruzun reytinqləri fevralın 1-də prezidentliyə namizədlərin seçimi prosesinin keçiriləcəyi Ayova ştatında artmağa başlayıb.

Yeni rəy sorğusuna əsasən, dekabrın 2-də Kaliforniyanın San Bernardino şəhərində hücumdan sonra terrorizmlə bağlı artan narahatlıqlar seçicilərə təsir göstərir.

Quinnipeq universitetinin Ayovada ilkin seçkiyə qatılacaq respublikaçı namizədlərlə bağlı keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin 28 faiz dəstəyini qazanan Tramp və 27 faiz dəstək alan Kruz arasında fəqr olduqca kiçikdir. Florida ştatından ABŞ senatoru Marko Rubio seçicilərin 14 faiz dəstəyinə, keçmiş neyro cərrah Ben Karson isə dördüncü yerdə gələrək, seçicilərin 10 faiz dəstəyinə malikdir. Qalan namizədlərin heç biri 5 faizdən çox dəstək qazana bilməyib.

Ted Kruzun müxtəlif qrupdan olan mühafizəkar seçicilərə yönəlmiş strategiyası Ayovada respublikaçı namizədlərin seçilməsində həlledici səsə malik əsas elektoratın dəstəyini qazanaraq öz bəhrəsini verə bilər.

Wall Street Journal qəzeti və NBC News şirkətinin keçirdiyi son sorğuya əsasən, Donald Tramp respublikaçı seçicilər arasında 27 faiz dəstək alaraq irəlidədir. Daha sonra 22 faizlə Ted Kruz, üçüncü yerdə 15 faizlə Marko Rubio və 11 faizlə dördüncü yerdə Ben Karson gəlir.

Ted Kruza Ayovada dəstəyin artması Donald Trampın nəzərindən qaçmayıb və o, Texas senatoruna ünvanlanmış tənqidlərini daha da gücləndirib.

XS
SM
MD
LG