Accessibility links

Respublikaçılar ABŞ-ın İranla razılaşmasını tənqid edir


ABŞ-da Respublikaçılar prezident Barak Obamanın İranın nüvə proqramının qarşısını alan ilkin razılığının tənqidini davam etdirir.

2012-ci ildə keçirilən prezident seçkilərində cənab Obamaya məğlub olan Mitt Romni Fox News Sunday televiziya şousunda deyib ki, ABŞ və dünyaya 5 qüdrətli dövlətinin İranla əldə etdiyi saziş bizi və dünyadakı insanları qoruyacaq razılıq deyil.

Romni Tehranın nüvə silahı hazırlamaının qarşısını almaq üçün Qərb və BMT-nin tətbiq etdiyi sanksiyalardan daha sərt sanksiyaların qəbuluna çağırıb. Onun sözlərinə görə, pis razılıq heç bir razılıq qədər yaxşı deyil.

2008-ci il prezident seçkilərin Barak Obamaya məğlub olan senator Con Makkeyn də sazişi tənqid edib.

"İnkarolunmazdır ki, Obama administrasiyasının hazırladığı nücə razılığı İranın ali dini liderinin təsvir etdiyində çox fərqlidir. Buraya yoxlanma prosesi, sanksiyaların azaldılması və başqa mühüm əhəmiyyətli məsələlər daxildir" - deyə cənab Makkeynin bəyanatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG