Accessibility links

ABŞ-ın Respublikaçılar partiyası seçkilərdən sonra öz siyasətini təhlil edir [VİDEO]


Noyabrın 6-da Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində Demokrat namizəd Barak Obamanın yenidən prezident seçilməsindən sonra Respublikaçılar partiyası özünü daxildən təhlil etməyə başlayıb.

Təslim çıxışı hər bir siyasətçinin üzləşmək istəmədiyi andır. Seçki gecəsi Respublikaçı namizəd Mitt Romni bu sıradan istisna deyildi.

“Seçkilər sona çatdı, lakin bizim prinsiplər mövcudluğunu qoruyur”- deyə keçmiş Respublikaçı namizəd Mitt Romni bildirib.

Romnini dəstəkləyənlər pərişan olub. Respublikaçılar builki məğlubiyyətdən nəticə çıxarmağa çalışırlar.

Luiziana ştatının qubernatoru Bobbi Cindal onlardan biridir.

“Bizim öz prinsiplərimizi pisliyə yozmağa, ya da dəyişməyə ehtiyacımız yoxdur. Lakin biz məsələyə hörmətlə yanaşa bilərik”- deyə Luiziananın qubernatoru Bobbi Cindal bildirib.

Partiya öz mühafizəkar ritorikasını yumşaldaraq prezidenti dəstəkləyən azsaylı xalqlar, qadın və cavan seçici qruplarla işləmək barədə xəbərdarlıq edənlərdən biri də Cindaldır. Reyqan dövründə Ağ Evin inzibati rəhbəri Ken Dubersteyn də eyni fikri bölüşür.

“Saflıq nə qalib seçki strategiyası, nə də idarəçilik strategiyasıdır. Amerika siyasəti güzəştlər üzərində qurulub. Siyasət kompromiz sənətidir”- deyə Ken Dubersteyn bildirib.

Dubersteyn deyir ki, partiya daha tolerant olmalıdır: “Lakin biz divarları, maneələri dağıtmağa başlamalıyıq, onları artırmamalıyıq. Respublikaçılar partiyası bu işləri görsməlidir.”

Respublikaçılar həmçinin böyük demoqrafik çətinliklərlə üzləşir.Kaliforniya Universitetinin tarixçi Metyu Dallek deyir ki, İspan mənşəli seçicilərin çoxalır, ağdərili seçicilərin sayi getdikcə azalır.

“Respublikaçılar partiyası sadəcə olaraq qoca ağ adamların və protestantların partiyası olmamalıdır. Afrikalı amerikalılar, ispanmənşəli amerikalılar və ucqar yerlərdə yaşayan qadın və gənclərə müraciət edilməlidir”- deyə tarixçi Metyu Dallek bildirib.

Arizona senatoru Con Kayl da daxil olmaqla, bəzi Respublikaçılar artıq ispandilli amerikalılar üçün mühacirət islahatlarını dəstəkləmək və gənc insanlara qanuni yaşayış hüququ yaratmaq təklifi ilə çıxış ediblər.

“Əgər bu həqiqətən də sizin istədiyinizdirsə, o zaman bu proqramda iştirak edəcək çox sayda insanın vətəndaşlıq alması üçün siz yaxşı yol açmış olursunuz”- deyə senator Con Kayl bildirib.

Brukinqs İnstitutunun analitiki partiyanın öz tonunu mülayimləşdirməsini məsləhət görür:“Mühafizəkar olmaq olar, lakin qəliblənmiş və ideoloji fanat yox. Onlar həqiqətən də Amerika siyasətinin əsas cərəyanında fəaliyyət göstərməyi bacarmalıdırlar. Onların uzunmüddətli çətinliklərə indi necə hazırlaşdıqlarını görmək maraqlı olacaq”- deyə institutun analitiki Tomas Man bildirib.

Təhlilçilər son seçkilərdə məğlub olduqdan sonra irəliyə getməyə həvəsli olan partiya üçün qarşıda çox sayda müzakirələrin olacağını güman edirlər.
XS
SM
MD
LG