Accessibility links

Respublikaçıların Milli Qurultayı başlanıb


Prezidentliyə namizəd Mitt Romni Respublikaçıların Milli Qurultayına ev sahibliyi edən Florida ştatının Tampa şəhərinə gəlir.

Romni və onun xanımı Ann bazar ertəsini Nyu Hempşir ştatında məktəb zalında qurultay çıxışlarını məşq etməklə keçiriblər. Həmin qurultayda Romni rəsmən partiyanın namizədliyini qəbul edəcək.

Romni məşqin yaxşı getdiyini və oğullarının artıq Tampada olduğunu bildirib. O, qurultaya böyük ümidlə baxdığını əlavə edib.

Respublikaçılar Partiyası qurultayın rəsmi nominasiya prosesinə bazar ertəsi başlayıb, lakin prosedurların böyük hissəsi İsaak tropik tufanının Florida sahillərinə yaxınlaşması üzündən təxirə salınıb.

Bəzi Respublikaçılar tufanın qurultayın gedişatını korlayacağından ehtiyat edirlər. Onlar hesab edirlər ki, tufan dağıntılara yol açdığı təqdirdə bayram tədbirlərinin tonunu endirməyə məcbur olacaqlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG