Accessibility links

Respublikaçılar "milyoner vergisinin" qarşısını aldılar


Prezident Barak Obama milyarder Uorren Buffettlə birlikdə
Prezident Barak Obama milyarder Uorren Buffettlə birlikdə

ABŞ Senatındakı Respublikaçılar prezident Barak Obama tərəfindən irəli sürülən milyonerlərə yeni vergilər tətbiq edəcək qanunun qarşısını alıblar.

Senat partiya xətti ilə 51:45 nisbətində səsvermə ilə qanunu qəbul etməyib. Demokratlar "Buffett Qaydası" adlanan qanun layihəsinin təsdiqi üçün tələb olunan 60 səsi qazana bilməyiblər.

Həmin ölçü ildə bir milyon dollardan artıq qazanan adamlar üçün vergiləri minimum 30 faizə qaldırmağı nəzərdə tutur. Əksər varlı amerikalılar pullarını maaşlarla müqayisədə daha aşağı faizli vergilərə məruz qalan investisiya vasitəsilə qazanır.

XS
SM
MD
LG