Accessibility links

Arizona ştatında mühacirətə dair qanunu tənqind edilir


Arizona ştatında mühacirətə dair qanunu tənqind edilir
Arizona ştatında mühacirətə dair qanunu tənqind edilir

Arizonaya son illər daxil olan mühacirlərin əksəriyyəti Latın Amerikasından gəlir

Bu ilin əvvəli Respublikaçılar Partiyası Arizona ştatında mühacirətə dair qərar qəbul edib. Bu qərara əsasən polis şübhəli görünən hər bir şəxsin mühacirət statusunu yoxlaya bilər. Arizonaya son illər daxil olan mühacirlərin əksəriyyəti Latın Amerikasından gəlir. Onların 60 faizdən çoxu meksikalıdır. Arizonada yaşayan ispandillilərin əksəriyyətinin əsli Meksikadan olduğu üçün onlar mühacirləri dəstəkləyir və Arizonanın mühacirətə dair qanununu tənqid edərək irqçilik adlandırırlar. Lakin çoxsaylı ispan, xüsusilə Respublikaçılar Partiyasından ispanlar qubernator Can Brever və SB1070 saylı qanunu dəstəkləyir. Onlardan biri Arizona Latino Respublikaçı Assosiasiyasının sədri Cessi Hernandezdir. Hernandez: "Can Brever görmək istədiyi iş SB 1070 saylı qanunu həyata tətbiq etməkdir. Bunu onun rəqibləri, Demakratlar etmək istəmirlər." Lakin qanunda ayrıseçkiliyə yol verilməyəcəyi deyilsə də, ispanların əksəriyyəti hədəf olacaqlarını düşünür və onların bir çoxu Hernandezi mövqeyinə görə tənqid edir. Hernandez: "Onlar məni irqçi adlandıracaq, mən öz adamlarıma qarşı çıxdığım üçün məni qabığı qəhvəyi, içərisi ağ rəng olan Kokos adlandırırlar. Bu isə onların necə cahil və savadsız olduqlarını göstərir.

Arizona ştatında mühacirətə dair qanunu tənqind edilir
Arizona ştatında mühacirətə dair qanunu tənqind edilir

Onlar demək istəyirlər ki, İspan ictimaiyyətində başqa mədəniyyətlərdəki kimi müstəqil düşünən insanlar, ictimai siyasətə dair fərqli fikirləşənlər yoxdur." Lakin bir çox Respublikaçı ispanlar mühacirətə dair qanuna qarşı çıxır və ştat liderlərindən narazılığını bildirir. İctimai rəy sorğusu qubernator Brever və SB 1070 saylı qanunu dəstəkləndiyini göstərir. Bu isə noyabr ayında keçiriləcək növbəti seçkilərdə Respublikaçıların uğur əldə edə biləcəyi deməkdir. Lakin İspandilli əhali və seçicilərin sayının artması ilə seçkilərin baxışı da dəyişə bilər. Arizona Dövlət Universitetinin Siyasi Elimlər uzrə professoru Patrik Kenni deyir ki, Respublikaçılar prezident Corc Buşun başçılığı altında İspan ictimayyətində qazandıqları rəğbəti itirə bilər. İspanlar və ictimayyət arasında mühacirətlə bağlı debatlar çox güman ki, bu ilki seçkilərdən sonra da davam edəcək.

XS
SM
MD
LG