Accessibility links

Respublikaçılar prezidentə cavabda özəl sektorun inkişafına çağırdılar

  • Amerikanın səsi

Respublikaçılar prezidentə cavabda özəl sektorun inkişafına çağırdılar

Respublikaçılar prezidentə cavabda özəl sektorun inkişafına çağırdılar

Respublikaçıların prezident Obamanın illik hesabat məruzəsinə cavab çıxışında İndiana qubernatoru Mitç Daniels Demokrat prezidenti terrora qarşı mübarizədə əldə etdiyi nailiyyətlərə görə alqışladı, amma onun iqtisadi siyasətinin iflasa uğradığını bildirdi.

Cənab Danielsin sözlərinə görə iqtisadi böhranı aradan qaldırmaq vədi ilə vəzifə başına gələn prezident Amerikanı böhrandan çıxarmağa nail olmayıb. O, işsizliyin hələ də rekord həddə olduğunu və hökumət xərclərinə arxalanan siyasət yeridilməsi nəticəsində iqtisadiyyatın dirçəlmədiyini önə çəkdi.

“Son üç il dövlət xərclərinin misilsiz partlayışı ölkənin borcuna trilyonlarla dollar əlavə edib, “ deyə cənab Daniels bildirdi.

İndiana qubernatorunun sözlərinə görə artan defisit nəinki Amerikanı böhrandan xilas etməyib, əksinə borcların həcmi ABŞ-ı İspaniya və Yunanıstan kimi dərin iqtisadi böhranla üzləşən ölkələrlə bir sıraya qoyur.

“Bu məşəqqətlərdən çıxmağın yeganə yolu özəl sektorun inkişafıdır ki, əsl iş yerlərini sahibkarlar yaradır.”

Prezident Obamanı sinfi mübarizədə günahlandıran Mitç Daniels biznesə düşmən münasibət göstərilməsindən gileyləndi və prezident Obamanın iqtisadi fəlsəfəsinin yanlış əsaslarda formalaşdığını qeyd etdi.

XS
SM
MD
LG