Accessibility links

Respublikaçılar prezident Obamanı tənqid etdilər


Respublikaçılar prezident Obamanı tənqid etdilər
Respublikaçılar prezident Obamanı tənqid etdilər

Gələn il keçiriləcək prezident seçkilərində Barak Obamanın rəqibi qismində çıxış etmək iddiasında olan yeddi Respublikaçı siyasətçi dünən debata qatılıblar.

Respublikaçə iddiaçılar New Hampshire ştatının Manchester şəhərində keçirilən tədbirdə prezident Obamanın iqtisadi siyasətini tənqid ediblər. Onlar iqtisadi dirçəlişə təkan vermək çün vergilərin kəsilməsindən və hökumətin həcmini kiçiltməkdən danışıblar.

Mitt Romney Demokrat prezidentin iqtisadi tənəzzülü daha da dərinləşdirdiyini deyərək işsizliyin misli görünməmiş həddə çatdığını bildirib.

Sabiq Massachusetts qubernatoru Romney Respublikaçılar arasında namizədliyə ən şanslı adam kimi qiymətləndirilir. Lakin tədircən daha mühafiəkzar təmayül alan Respublikaçılar arasında çoxları onu xeyli mötədil hesab edir.

Prezidentliyə iddiaları başqa debat iştirakçıları sısrasında Konqres üzvü və Çay Ziyafəti hərəkatının favoriti Michelle Bachmann və Nümayəndələr palatasının sabiq spikeri Newt Gingrich var idi.

XS
SM
MD
LG