Accessibility links

Respublikaçılar səhiyyə islahatlarını ləğv etmək istəyir


Respublikaçılar səhiyyə islahatlarını ləğv etmək istəyir

Respublikaçılar səhiyyə islahatlarını ləğv etmək istəyir

ABŞ Nümayəndələr Palatası Prezident Barak Obamanın imzaladığı səhiyyə islahatlarını ləğv etmək üçün prosedural səsvermə keçirib. Yeni Konqresin üçüncü günündə palataya nəzarət edən Respublikaçılar dəyişiklikləri ləğv edən qanun layihəsi irəli sürüblər. Onlar deyirlər ki, cənab Obamanın islahatları iş yerləri yaradılmasını əngəlləyir və gələcək nəsilləri borcla yükləyir. Demokratlar israr edirlər ki, qanunun ləğvi 2021-ci ilədək ümummilli defisitə 230 milyard dollar əlavə edəcək və 30 milyon amerikalını sığortasız qoyacaq. Senatda Demokratların çoxluğuna istinad edən ekspertlər ləğvetmə səylərinin iflasa uğrayacağını proqnozlaşdırır.

XS
SM
MD
LG