Accessibility links

Respublikaçıların debatında Mitt Romni tənqidlərlə üzləşib

  • Amerikanın səsi

Respublikaçıların debatında Mitt Romni tənqidlərlə üzləşib

Respublikaçıların debatında Mitt Romni tənqidlərlə üzləşib

Respublikaçıların Nyu Hempşirdəki praymerizinə iki gün qalmış keçirilən debatda 6 iddialı seçicilərin dəstəyini qazanmağa çalışıblar.

Namizədlər liberal prezident Barak Obamaya qarşı yarışda öz mühafizəkar göstəricilərini nümayiş etdiriblər. Ölkənin şimal-şərq bölğəsində bazar günü keçirilən debatda rəy sorğularında öndə gedən sabiq Massaçusets qubernatorunun mühafizəkarlığı suallarla üzləşib.

ABŞ Nümayəndələr palatsının sabiq spikeri Nyu Gingriç Romnini "utancaq mötədil" adlandırıb və onun həqiqi mühafizəkar olmadığını deyib. Gingriç əlavə edib ki, prezident Obama ilə rəqabətdə Romni müvəffəq ola bilməyəcək.

XS
SM
MD
LG