Accessibility links

İki ştatda Respublikaçıların praymerizi keçirilir

  • Amerikanın səsi

İki ştatda Respublikaçıların praymerizi keçirilir

İki ştatda Respublikaçıların praymerizi keçirilir

Prezidentliyə Respublikaçı iddialı Mitt Romni doğma ştatı Miçiqanda keçiriləcək praymerizdə məğlubiyyətin qarşısını almağa çalışır. Bir vaxtlar o, atasının qubernator olduğu ştatda rəy sorğularında xeyli irəlidə gedirdi.

Sabiq Massaçusets qubernatoru Romni lokal mühafizəkarların dəstəyini qazanmaqda çətinlik çəkir. Həmin seçicilər Pennsilvaniya senatoru olmuş Rik Santorumun ətrafında birləşiblər.

Rəy sorğuları namizədlərin Miçiqanda bərabər dəstəyə malik olduqlarını göstərir.

Bu gün Respublikaçıların prezidentliyə namizədinin müəyyən edilməsi uğrunda yarışda iki mühüm praymeriz keçirilir.

Başqa praymerizin keçiriləcəyi Arizona ştatında rəy sorğularına əsasən Romni Santorumdan irəlidə gedir.

XS
SM
MD
LG