Accessibility links

Respublikaçıların planı üzərində səsvermə olmayacaq

  • Amerikanın səsi

Respublikaçıların planı üzərində səsvermə olmayacaq

Respublikaçıların planı üzərində səsvermə olmayacaq

ABŞ Nümayəndələr Palatasının liderləri elan ediblər ki, onlar Respublikaçıların ABŞ borc limitinin artırılması və xərclərdə ixtisarlar barədə planı üzərində səsvermə keçirməyəcəklər.

Səsvermə bu gün erkən keçirilməli idi, amma xəbər agentlikləri Nümayəndələr Palatasının spikeri John Boehner-in Respublikaçı partiyadaşları arasında öz planına kifayət qədər dəstək əldə edə bilmədiyini deyir.

Boehner-in planı milyardlarla dollar xərcləmə ixtisarları müqabilində ölkənin 14.3 trilyon dollarlıq borc limitini qaldırmağı nəzərdə tutur. Əgər avqustun 2-dək ABŞ borc tavanını qaldırmasa onda bir sıra ödənişlərində defolt elan etməyə məcbur olacaq.

XS
SM
MD
LG