Accessibility links

Erkəklərin dişiləri cəlb etmək üçün müxtəlif yolları var. Kimi rəngarəng lələkləri, kimi lüks pipikləri, kimi əzələlərini şişirməklə çütlüyünün diqqətini özünə yönəltməyə çalışır.

Lakin insanlarda bu özünü başqa bir səmtdə nümayiş etdirib.

Son araşdırmalara görə, kişilər qadınları çox yeməklə cəlb edir.

​Kornell Universitetinin alimləri Evolutionary Psychological Science jurnalında dərc etdikləri məqalədə bildirir ki, qadınla restorana gedən kişilərin 93 faizi daha çox pizza, 86 faizi isə daha çox salat yeyir.


"Əldə edilən nəticələr kişilərin çox yeməklə özlərini göstərdiyini nümayiş etdirir. Bu tendensiyanı yemək müsabiqlərində də kişilərin üstünlük təşkil etməsi ilə görmək olar"- deyə, araşdırmaların rəhbəri Kevin Kniffin bildirib.

Araşdırmalarda italyan restoranlarda yemək yeyən 105 nəfər iştirak edib. Məlum olub ki, iki nəfərin yemək yeməsində insanların cinsi böyük təsirə malikdir.


Kişilərdən fərqli olaraq qadınların kişi və ya qadınla restorana getməsindən asılı olmayaraq, eyni dərəcədə yedikəri də aşkar edilib.

XS
SM
MD
LG