Accessibility links

Rəsul Cəfərov Azərbaycan hökumətindən kompensasiyasını ala bilmir


Rəsul Cəfərov
Rəsul Cəfərov

Hüquq müdafiəçisi bir müddət də cavab gözləyəndən sonra məhkəməyə müraciət edəcəyini istisna etməyib

Hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarın qəbul edilməsinə baxmayaraq, Azərbaycan hökuməti kompensasiyanı ödəmir.

Avropa İnsan Hüquqları məhkəməsi hüquq müdafiəçisi ilə bağlı azadlıq hüququnun pozulduğunu təsdiqləyib və buna görə 32 min 448 avro kompensasiya müəyyənləşdirib

Bu barədə Rəsul Cəfərov özü məlumat yayıb.

Hüquq müdafiəçisi deyib ki, qərarın icrası, o cümlədən, kompensasiyanın verilməməsilə əlaqədar Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsinə informasiya sorğusu ilə müraciət edib. Amma hələ ki, cavab yoxdur.

Hüquq müdafiəçisi bir müddət də cavabı gözləyəndən sonra məhkəməyə müraciət edəcəyini istisna etməyib.

R.Cəfərov özü 11 aydır həbsdən çıxsa da, bank hesabı üzərindəki həbs hələ də qalır.

Onun bildirdiyinə görə, Baş Prokurorluq bu məsələ ilə əlaqədar müraciətlərinə cavab vermədiyindən məhkəməyə üz tutub.

Amma hələlik, məhkəmənin vaxtı bəlli deyil.

Hüquq müdafiəçisi qeyd edib ki,ölkəyə giriş-çıxış zamanı yoxlamaya, bəzən də axtarışa məruz qaldığından Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsini də məhkəməyə verib.

R.Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı daha bir işi hazırda Ali Məhkəmənin icraatındadır. Belə ki Yasamal rayon Məhkəməsi onun bu məsələyə dair müraciətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Hüquq müdafiəçisi eyni zamanda, təşkilatının – İnsan Haqları Klubunun Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmaması ilə əlaqədar Avropa Məhkəməsinin qərarını gözləyir.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi əməllərdə suçlanan hüquq müdafiəçisinə Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il 6 aylıq həbs cəzası kəsib. Hökmdə müəyyən edilən vergini ödədiyinə görə sonradan Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Beynəlxalq təşkilatların «vicdan məhbusu» elan etdiyi Rəsul Cəfərov 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG