Accessibility links

Böyük Palata Rəsul Cəfərovla bağlı qərardan Azərbaycan hökumətinin şikayətini qəbul etməyib


Rəsul Cəfərov

Rəsul Cəfərov

İyulun 5-də Avropa Məhkəməsinin Böyük Palatası hüquq müdafiəçisi Rəsul Cəfərovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından Azərbaycan hökümətinin etdiyi şikayəti qəbul etməkdən imtina etməsi ilə bağlı qərarını yayıb. Bu barədə Avropa İnsan Hüquqları Məhkəməsinin məlumatında deyilir.

Bununla da Avropa Məhkəməsinin qərarı qüvvəyə minib.

Bu il martın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayəti üzrə qərarını açıqlayıb.

AİHM-in qərarına görə, milli məhkəmələr Rəsul Cəfərovun Avropa Konvensiyasının 5.1, 5.3, 5.4 -cü maddələri ilə azadlıq və toxunulmazlıq hüququnu pozublar. Hüquq müdafiəçisinin məhkəmə araşdırmasını ağlabatan müddətdə aparmaq, məhkəməyədək azad edilmək və həbsin qanuniliyi hüquqları da pozulub.

Məhkəmə Rəsul Cəfərova münasibətdə Konvensiyanın 18-ci maddəsinin pozulduğunu da tanıyıb.

Qərara əsasən, Azərbaycan hökuməti Rəsul Cəfərova dəymiş zərərə görə 25 min, hüquq məsrəflərinə görə isə 7 min 448 avro ödəməlidir. Onun haqqında yerli məhkəmələrin qərarları da ləğv edilib yenidən araşdırılmalıdır.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 6 il 6 aylıq həbs cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Hüquq müdafiəçisi 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.

Beynəlxalq təşkilatlar Rəsul Cəfərovu vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG