Accessibility links

Rəsul Cəfərov: Həbsimin dörd əsas səbəbi var


Rəsul Cəfərov
Rəsul Cəfərov

Oktyabrın 2-də hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsindən 2 ay ötür. Cəfərov vəkilinə şifahi şəkildə deməklə Amerikanın Səsinin suallarına cavab verib.

Amerikanın Səsi: Səhhətiniz necədir? Həbsxana həyatınızda hansı izləri buraxıb?

İlkin təəssüratlarım var və onları azadlığa çıxandan sonra Amerikanın Səsi ilə bölüşəcəm.

Rəsul Cəfərov: Səhhətim yaxşıdır, heç bir narahatçılığım yoxdur. Həbsxana həyatım yeni başlayıb, ilkin təəssüratlarım var və onları azadlığa çıxandan sonra Amerikanın Səsi ilə bölüşəcəm.

Amerikanın Səsi: Təcridxanada saxlanılanlarla davranış qaydaları hüquq müdafiəçisi kimi sizi qane edirmi? Nə dəyişməlidir? Sizə qarşı təcridxana əməkdaşlarının və kamera yoldaşlarınızın münasibətini humanist hesab edirsinizmi?

Mənə olan münasibətdən şikayətim yoxdur.

Rəsul Cəfərov: Mənim saxlanma şəraitindən və mənə olan münasibətdən şikayətim yoxdur. Hüquq müdafiəçisi kimi istər-istəməz öz müşahidələrimi aparmışam və vaxtı çatanda bu müşahidələri də bölüşəcəm.

Amerikanın Səsi: Həbsinizin əsl səbəbləri nədir?

Avropa oyunları ilə bağlı kampaniya təhlükəsinin olması.

Rəsul Cəfərov: Həbsimin 4 əsas səbəbi var.

1. 2011-ci ildən həyata keçirdiyimiz layihələrə görə qisas;

2. Siyasi məhbus məsələsini daim gündəmdə saxlamağımız;

3. AŞPA-nın yay sessiyasında dəyirmi masanın və flas-mobun keçirilməsi;

4. Avropa oyunları ilə bağlı kampaniya təhlükəsinin olması.

Amerikanın Səsi: Yerli və beynəlxalq təşkilatların hüquqlarınızı müdafiəsi ilə bağlı apardığı işlər sizi qane edirmi?

Əsas məsələ fəaliyyəti zəiflətməməkdir.

Rəsul Cəfərov: Qane edir, bir sıra fəaliyyətlər ictimaiyyətə açıq olmadan həyata keçirilir, əsas məsələ fəaliyyəti zəiflətməməkdir.

Amerikanın səsi: Sizi həbs edən və yaxud etdirənlərə sözünüz?

Bizi həbs edən və etdirənlərdən fərqli olaraq qisas hissi ilə yaşamırıq.

Rəsul Cəfərov: Sözüm odur ki, bizi həbs edən və etdirənlərdən fərqli olaraq qisas hissi ilə yaşamırıq. Bizim üçün əsas məsələ qanunun aliliyi, ədalət və digər demokratik prinsiplərin bərqərar olmasıdır ki, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Qeyd edək ki, Rəsul Cəfərov avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 213(vergidən yayınma) və 308(vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ittiham irəli sürülüb. Cəfərov barəsində 3 aylıq həbs tədbiri seçilib.

O, ittihamları qəbul etmir və həbsini siyasi sifariş hesab edir.

Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG