Accessibility links

Məhkəmə Rəsul Cəfərovu həbsdə saxlayıb


Rəsul Cəfərov
Rəsul Cəfərov

Oktyabrın 29-da Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddətinin uzadılması ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Amerikanın Səsinə onun nümayəndəsi Günay İsmayılova bildirib.

Şikayət Nəsimi rayon məhkəməsinin 23 oktyabr tarixli Cəfərovun həbs müddətinin üç ay uzadılması haqqında qərarından verilib.

Xanım İsmayılovanın sözlərinə görə müdafiə tərəfi qətimkan tədbirinin ev dustaqlığı və ya girova buraxılma ilə əvəz edilməsi haqqında vəsatət vermək niyyətindədir.

“Demokratiya naminə incəsənət” hüquq müdafiə kampaniyasının koordinatoru Rəsul Cəfərov avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs edilib.

O, ittihamları rədd edib. Amnesty İnternational Cəfərovu “vicdan məhbusu” elan edib.

XS
SM
MD
LG