Accessibility links

Human Rights Watch: Rəsul Cəfərovun həbsi son dərəcə ədalətsizlik aktıdır


Human Rights Watch

Human Rights Watch

Tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun barəsində hökm hökumətin vətəndaş cəmiyyəti nümayəndələrinə və müstəqil səslərə qarşı ardı-arası kəsilməyən təqiblərindən xəbər verir, Human Rights Watch hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.

“Hakimiyyət bu təqiblərə son qoymalı, hüquq-müdafiə qruplarının ölkədə sərbəst fəaliyyətinə şərait yaratmalıdır.

Azərbaycan qarşıdakı Avropa Oyunları ilə əlaqədar beynəlxalq birliyin diqqət mərkəzindədir. Odur ki, beynəlxalq tərəfdaşlar R.Cəfərovu və digər qanunsuz olaraq mühakimə olunmuş və həbs edilmiş fəalları dərhal azad etməlidir. Eyni zamanda repressiyalara son qoyulmasa oyunların açılışına yüksək səviyyədə nümayəndə heyətləri göndərməyəcəklərinə işarə etməlidirlər”, - bəyanatda deyilir.

“Rəsul Cəfərovun mühakimə edilməsi son dərəcə ədalətsizlik aktıdır”, - HRW-nin baş əməkdaşı Georgi Qoqiya bildirib.

“Şühbə yoxdur ki, R.Cəfərovun həbsi ölkədəki tənqidi səslərin məhv edilməsi yönündə hökumətin birgə səylərinin bir hissəsidir, - o qeyd edib.

Aprelin 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi Rəsul Cəfərovu 6 il 6 ay azadlıqdan məhrum edib.

2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə ittihamları ilə həbs olunan R.Cəfərov sonradan pul mənimsəməkdə və saxtakarlıqda ittiham olunub.

XS
SM
MD
LG