Accessibility links

Hüquq müdafiəçisi Rəsul Cəfərovun ədalətsiz hökmdən verdiyi apellyasiya şikayəti üzrə iyunun 12-nə təyin edilmiş hazırlıq iclası baş tutmayıb. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

İclas formal səbəblərlə qeyri-müəyyən müddətə təxirə salınıb.

Vəkil Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun bu qərarını əsassız hesab edir. Onun fikrincə, iclasın təxirə salınması Birinci Avropa Oyunları və çoxsaylı xarici jurnalistlərin diqqətini çəkə bilməsi ilə əlaqədardır.

R. Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Sonradan Cəfərova qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə də ittiham verilib.

O, ittihamları qəbul etmir və sifariş hesab edir. Rəsul Cəfərov bir çox hüquq müdafiə təşkilatlarının rəhbərlərinin Avropa Oyunlarına qədər azad edilməsini tələb edirdi.

Cəfərov Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

XS
SM
MD
LG