Accessibility links

Avropa Məhkəməsi Rəsul Cəfərov barədə qərarını elan edib


Rəsul Cəfərov (Foto Fərqanə Novruzovanındır)
Rəsul Cəfərov (Foto Fərqanə Novruzovanındır)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iqtisadi cinayətlər törətmək ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş azərbaycanlı hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə qərarını elan edib.

AİHM Cəfərova qarşı Avropa İnsan Haqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrinin pozulduğu qənaətinə gəlib.

Bundan başqa, 34-cü (fərdi şikayət vermək hüququ) maddəsi pozulub. Bu, onun vəkili Xalid Bağırovun vəkillikdən kənarlaşdırılmasından sonra baş verib.

Məhkəmə bu pozuntuların Cəfərovun cinayət təqibinin məqsədinin onu susdurmaq və hüquq müdafiə fəaliyyətinə görə cəzalandırmaq istəyi olduğu haqqında arqumentləri gücləndirdiyi qənaətinə gəlib.

2014-cü ildə Cəfərovun saxlanılması və həbs edilməsi Qeyri Hökumət Təşkilatlarının (QHT) fəaliyyəti sahəsində qanunvericiliyin sərtləşdirilməsi və hakimiyyətin vətəndaş cəmiyyətinə qarşı siyasətinin sərtləşdirilməsi fonunda baş verib.

Xüsusən, yerli QHT-lərin və onların liderlərinin (o cümlədən Cəfərovun) ünvanına satqınlıq və xarici dövlətlərə işləmək ittihamları ilə yüksək vəzifəli şəxslərin bəyanatları və hökumətyönlü KİV-də məqalələr yayılıb.

Avropa Məhkəməsi belə bir nəticəyə gəlib ki, Azərbaycanın prokurorluq orqanlarının istinad etdiyi faktlar Cəfərova qarşı irəli sürülən cinayətlərin, daha dəqiq isə qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma və hakimiyyətdən sui-istifadə ittihamlarının əsaslandırılması üçün yetərli olmayıb.

Məhkəmə Azərbaycan hökumətinin Cəfərova 25 000 avro təzminat və maddi ziyan üçün və əlavə olaraq 7 448 avro ödəməli olduğu barədə qərar qəbul edib.

XS
SM
MD
LG