Accessibility links

Fəalın statusu qohumlarının polisə dəvət olunmasına səbəb olub (Rəsul Mürsəlovun atası ilə müsahibə-audio)


Rəsul Mürsəlovun Facebook səhifəsi

Rəsul Mürsəlovun Facebook səhifəsi

Mühacirətdə olan Rəsul Mürsəlov “Yanan olimpiadaya YOX deyək!” səhifəsi yaradıb

Mühacirətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Rəsul Mürsəlov iddia edir ki, mayın 22-də onun ailəsinin üzvləri və qohumları polisdə saxlanılıb.

Yerli medianın yazdığına görə, buna sosial şəbəkədə “Yanan olimpiadaya YOX deyək!” çağırışı ilə səhifə yaratması və Azərbaycan vətəndaşlarını mayın 31-də Avropa Oyunlarına etiraz mitinqi keçirməyə çağırışı səbəb olub.

Qohumları polis bölməsinə aparıldıqdan sonra Mürsəlovdan yaratdığı səhifəni silməyi tələb ediblər. O, bunu etdikdən sonra ondan facebook səhifəsini bağlamağı tələb ediblər.

Xatırladaq ki, hazırda axtarış sistemində belə səhifə mövcud deyil.

Rəsul Mürsəlovun atası oğlunun mühacirətə getdiyini və qohumlarının saxlandığını Amerikanın Səsinə təsdiq edib. Ata özünün və qohumlarının oğlunun hər hansı hərəkətinə görə məsuliyyət daşımadığını bildirib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti bütün bu iddiaların uydurma və həqiqətə uyğun olmadığınəı bildirib.

XS
SM
MD
LG