Accessibility links

Məmməd Əmin Rəsulzadəyə qarşı çıxan deputat tənqid olunur


Afghan women mourn inside a hospital compound after a suicide attack in Kabul, Afghanistan.
Afghan women mourn inside a hospital compound after a suicide attack in Kabul, Afghanistan.

Dekabrın 1-də Gəncə şəhərindən deputat olan Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadəyə qarşı təhqiramiz ifadələr işlətməsi ictimaiyyət tərəfindən etirazlarla qarşılanıb. Sosial şəbəkələrdə deputatın ünvanına yüzlərlə tənqidi fikirlər, hətta təhqriamiz ifadələr yer alıb.

Deputat Məmməd Əmin Rəsulzadə haqqında Azərbaycan torpaqlarını qorumayan, satqın, xarici dövlətə işləyən və sairə kimi ifadələr işlədib.

Sosial şəbəkələrdə deputatın geri çağırılması, mandatından imtina etməsi, cəzalandırılması tələb edilir.

Müsavat Partiyasının başqanı Arif Hacılı N.Həmzəyevin cəzalandırılması xahişi ilə Milli Məclisin sədrinə müraciət ünvanlayıb. M.Ə.Rəsulzadənin nəvəsi isə deputatı məhkəməyə verəcəyini bəyan edib.

Məmməd Əmin Rəsulzadə 1918-ci ildə ilk müstəqil Azərbaycan dövlətinin qurucularından biridir.

XS
SM
MD
LG