Accessibility links

Rəy sorğusu: ABŞ-da xristianların sayı azalır, özünü heç bir dinə aid etməyən amerikalıların sayı artır


Birləşmiş Ştatlarda keçirilmiş yeni rəy sorğusuna əsasən, ölkədə xristian əhalinin sayı azaldığı halda, özünü heç bir dini qrupa aid etməyən amerikalıların sayı artır.

Pew Araşdırma Mərkəzinin “Amerikanın dəyişən dini mənzərəsi” adlı yeni sorğusunda göstərilir ki, ABŞ dünyada xristianların ən çox yaşadığı ölkə olaraq qalır. ABŞ-da hər 10 insandan yeddisi xristiandır, ölkə əhalisinin 173 milyonu özünü xristian hesab edir.

Lakin hesabata əsasən, bu tendensiya 2007-ci ildən əhalinin 78 faizi və ya 178 milyonunun özünü xristian hesab etdiyi dövrlə müqayisədə kəskin şəkildə dəyişməyə başlayır. Həmin dövrlə müqayisədə özünü ateist, aqnostik (Allahın olduğuna inanmayan və mövcudluğu ilə maraqlanmayanlar) və ya özünü heç bir dinə aid etməyən insanların sayı 16 faizdən 23 faizə qalxıb.

Pew Araşdırma Mərkəzinin din məsələləri üzrə eksperti Alan Kuperman müxbirlərə deyib ki, sosioloqlar xristianların sayının azalmasını müxtəlif səbəblərlə izah edir.

Onun sözlərinə görə, 1980-ci 2000-ci illər arasında doğulan yeni minilliyin nəsli öz baxışlarında daha liberaldır və onlarda Amerikada siyasi debatlarda mühafizəkar dini görüşlərin aparıcı rol oynaması ilə əlaqədar mütəşəkkil dinlə bağlılıq daha azdır.

Alan Kuperman deyib ki, qlobal miqyasda ölkələr daha zəngin olduqca dinin rolu azalır.

Amerikada özünü heç bir dinə aid etməyən insanların sayı bütün yaşlar, irqlər, cinslər arasında və gəlirindən asılı olmayaraq artmaqdadır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG