Accessibility links

Rəy sorğuları Trampa dəstəyin azaldığını göstərir [Video]


Respublikaçılar partiyasının liderləri son rəy sorğularında Demokrat namizəd Hillari Klintonun Respublikaçı Donald Trampdan öndə getməsindən narahatdır. Yeni rəy sorğularının nəticələri ötən həftə Demokratların Milli Qurulatyından və Trampın cəlb olunduğu, tanınmış Respublikaçılar və Demokratların mənfi reaksiyalarına səbəb olan bəzi qalmaqallardan sonra üzə çıxıb.

Respublikaçı Donald Tramp çətin vaxtlar yaşayır.

O, insanları prezidentliyə müvafiq şəxs olduğuna və prezident olmaq üçün tələb olunan temperamentə sahib olduğuna inandırmalıdır. Amma məsələn Xan ailəsi ilə mübahisə kimi hadisələr bu mənada ona heç də yardım etmir.

O, seçki kampaniyasının noyabrda onu qalib etməyə hazır olduğunu deyir.

“Kampaniyamız daxilində hər şey qaydasında gedir və indiyədək bizdə heç vaxt bu qədər birlik olmayıb,” deyə o bildirib.

CNN-nin keçirdiyi yeni rəy sorğularında Tramp 9 bal, NBC-nin keçirdiyi rəy soğusunda isə 8 bal Hillari Klintondan geridə qalır. O həmçinin səsvermənin taleyini müəyyənləşdirmək üçün mühüm sayılan Pennsilvaniya və Miçiqan ştatlarında da Hillaridən geridə qalır.

Bu nəticələr Trampın kampaniyasının cəlb olunduğu bəzi qalmaqalları əks etdirir. Bunların sırasına Trampın 2004-cü ildə İraq müharibəsində öldürülən ABŞ ordusuun müsəlman-amerikalı kapitanının valideyindləri Xizr və Qazala Xanla mübahisəsidir.

Trampın Xanlara qarşı qəzəbli cavabları Nümayəndələr Palatasının spikeri Pol Rayan və Arizona senatoru Con Makkeyn daxil olmaqla bir çox yüksək vəzifəli Respublikaçının mənfi reaksiyalarına səbəb olub.

“Bizim bu cür qurbanlar verən insanların ailə üzvlərinə təkcə hörmət bəsləməyimiz kifayət deyil, biz onları sevməliyik,” deyə Con Makkeyn bildirib.

Tramp həmçinin qarşıdan gələn praymeri seçkilərində nə Rayan nə də Makkeyni dəstəkləmədiyinə görə mənfi reaksiyalarla qarşılaşıb.

Hillari Klinton - Donald Tramp

Hillari Klinton - Donald Tramp

Trampın ətrafında dolaşan mübahisələr bəzi Respublikaçı liderləri narahat edir ki, onun seçki kampaniyasına intizamsız yanaşması əslində Klintonun xeyrinədir. Bu, Virciniya Universitetinin təhlilçisi Kayl Kondikin düşüncəsidir.

“O, insanları prezidentliyə müvafiq şəxs olduğuna və prezident olmaq üçün tələb olunan temperamentə sahib olduğuna inandırmalıdır. Amma məsələn Xan ailəsi ilə mübahisə kimi hadisələr bu mənada ona heç də yardım etmir,” deyə o bildirir.

Tramp Floridada verdiyi müsahibədə kampaniyasının diqqətini dəyişməyə qərar verdiyini bildirib.

“Məncə, daha çox Hillari Klintona diqqət yetirməliyik. O, bir fəlakətdir, ona görə də biz diqqəti Klintonun üzərində toplayacağıq,” Tramp deyib.

Koloradoda keçirilən seçki mitinqində Klinton Trampın temperamentinin onun prezident olmağa yarasız olduğunu göstərdiyini bir daha vurğulayıb.

Mən şübhəsiz deyə bilərəm ki, Donald Tramp prezident və ali baş komandan olmağa yararsızdır.

“Mən şübhəsiz deyə bilərəm ki, Donald Tramp prezident və ali baş komandan olmağa yararsızdır,” deyə Klinton bildirib.

Klinton tərəfdarı olan Priorities USA qrupu Respublikaçı namizəd Donald Trampı tənqid edən yeni reklam çarxı hazırlayıb.

Rəy sorğuları amerikalıların dəyişiklik istədiyini göstərir, amma eyni zamanda onlar namizədlərin temperamentindən də narahatdır, deyə Wall Street Journal qəzetinin təhlilçisi Ceral Seib bildirir.

“Məncə insanların böyük dəyişiklik arzusu var və bu, Donlad Trampın xeyrinədir. O, fərqli bir namizəd olduğu üçün dəyişiklik namizədidir. Ancaq bununla yanaşı olaraq bir başqa narahatlıq var ki, o da qeyri-müəyyənlik qorxusudur. Bəs bunun orta yolu nədir? Dəyişiklik istəyinə qarşı qeyri-müəyyənlik qorxusu, çünki Donald Tramp siyasi lider olaraq qeyri-müəyyən bir şəxsdir,” deyə cənab Seib bildirir.

Tramp aqressiv seçki kampaniyasını davam etdirir. Bunların sırasına isə Florida və Virciniya kimi seçkidə mühüm rol oyanayacaq ştatlarda seçki mitinqləri keçirmək daxildir.

Respublikaçı liderlər ümid edir ki, Tramp qarşıdan gələn həftələrdə diqətini yayındıran şeylərdən uzaq duracaq və siyasi dəyişiklik mesajına köklənəcək.

XS
SM
MD
LG