Accessibility links

ABŞ-ın sabiq birinci xanımı Nensi Reyqan 94 yaşında dünyasını dəyişib. Onun ürək tutması səbəbi ilə vəfat etdiyi bildirilir.

Nensi Reyqan Kaliforniyanın Ronald Reyqan Kitabxanası yerləşən Simi vadisində torpağa tapşırılacaq.

O, 2004-cü iyun ayının 5-də vəfat edən həyat yoldaşı, sabiq prezident Ronald Reyqanın məzarı yanında dəfn ediləcək.

Cütlük 1952-ci ildə ailə qurmuşdu.

Ronald Reyqan 1981-1989-cu illərdə ABŞ president olmuşdu.

XS
SM
MD
LG