Accessibility links

Zəncirotundan rezin material [Video]


Zəncirotundan rezin material
please wait

No media source currently available

0:00 0:03:00 0:00

Rezin ağaclar Cənub-Şərqi Asiya plantasiyalarında yetişir. Çox həssas olması ilə yanaşı, ağaclar ideal atmosfer altında xam rezin verir. Bunun üçün yağış miqdarının və günəş şüalarının bərabər paylanması və sərt küləyin olmaması lazımdır.

Onlar həmçinin bitki xəstəliklərinə çox həssasdırlar. Rezin ağaclarının vətəni cənubi Afrika belə xəstəliklər üzündən rezin əkin sahələri viran qalıb.

Sərt alaq otu olan Zəncirotu isə pis torpaqda belə yetişir və iqlim dəyişikliyinə bir o qədər də həssas deyil.

Alimlər zəncirotunun tərkibində südə oxşar şirə olduğunu bilirdilər. Bu xam rezinin əsas tərkib hissəsidir. Zəncirotunun müxtəlif növlərinə Qazaxıstanda rast gəlmək olar.

Avtomobil təkəri sənayesinin dəstəyi ilə Almaniyanın Fraunhofer İnstitutundan Molekulyar Biologiya və Tətbiqi Ekologiya üzrə araşdırmaçılar zəncirotunun genlərini manipulasiya edərək onu ticari məqsədlər üçün kütləvi həcmdə istehsal etməyə çalışırlar, deyə araşdırmanın rəhbəri Dirk Prufer deyir.

Dirk Prufer: Zəncirotu araşdırmasında üzləşdiyimiz çətinliklərdən biri bitkini yetişdirməkdir - yeni, tərkibində təkmilləşdirilmiş rezin olan və yaxşı iqtisadi nəticə verən bitki. Bu səbəbdən, bitkidə yeni tərkibi əldə etmək üçün biz illərdir bu lahiyə üzərində işləyirik - məsələn, tərkibində stabil rezin olan bitki.

Genetikası dəyişdirilmiş zəncirotunun bir hektarından yarım ton rezin əldə edilir. Ancaq Pruefer deyir ki, alimlərin məqsədi bunu iki dəfə artırmaqdır. Onlar həmçinin bitkinin uzun və şax yarpaqlı növünü yetişdirmək istəyirlər ki, bu da kombaynla biçməyə daha əlverişlidir.

Prufer deyir ki, təkər istehsal edən qabaqcıl şirkətlərdən Continental AG hazırda tərkibində zəncirotu rezin maddəsi olan təkəri sınaqdan keçirir.

Dirk Prufer: Onlar materialın keyfiyyətini görmək üçün çoxlu sınaq nümunələri istehsal ediblər. Siz görəcəksiz ki, rezin ağacdan düzəldilmiş təkərlə zəncirotundan düzəldilmiş təkər arasında keyfiyyətcə fərq yoxdur.

Tədqiqatçılar Avropa və Asiyada böyük torpaq sahələrinin olmasına baxmayaraq, torpaqda məhsuldarlıq aşağı səviyyədə olduğundan onların əkin üçün əlverişsiz olduğunu deyirlər. Onlar nə vaxtsa tərkibində rezin olan sarı güllərin həmin torpaqları bürüyəcəyinə ümid edirlər.

XS
SM
MD
LG