Accessibility links

Riçard Kazlariç İsa Qəmbərə Facebookda dəstək məktubu yazdığını təsdiqlədi


Riçard Kozlariç

Riçard Kozlariç

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997-ci illər) Riçard Kazlariç Müsavat partiyasının başqanı İsa Qəmbərə Facebook vasitəsilə dəstək məktubu göndərməsi barədə məlumat yayılıb.

Amerikanın Səsi cənab səfirlə əlaqə quraraq məktubun həqiqətən də onun özünün göndərməsini dəqiqləşdirməyə çalışıb. Riçard Kazlariç Facebook vasitəsilə İsa Qəmbərə dəstək məktubu göndərməsini təsdiq edib. O, Musavat başqanı və onu müşayiət edən partiya fəallarına qarşı hücuma istinadən əlavə edib: "Azərbaycan müstəqilliyini əldə edəndən 20 il sonra bu növ hadisələrin baş verməsi təəssüf doğurur!"

Qeyd edək ki, sabiq səfirin göndərdiyi məktubun məzmunu belədir: "Hörmətli İsa Qəmbər, sizin və həmkarlarınızın hücuma məruz qalması barədə xəbərləri təəssüf hissi ilə oxudum. Ümid edirəm ki, siz və hücum zamanı xəsarət alan başqaları tezliklə sağalacaqsınız. Bu cür hücumlar yolverilməzdir".

Onu da əlavə edək ki, İsa Qəmbər də məktuba cavab yazaraq diqqətə görə Riçard Kazlariçə öz minnətdarlığını bildirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG