Accessibility links

Riçard Treysi: Azərbaycan dünyanın ən dadlı bəzi məhsullarına malikdir [Video]


Ümumdünya Soyuducu Anbarlar Alyansı Azərbaycana yardım edir

ABŞ Ticarət Departamenti Ümumdünya Soyuducu Anbarlar Alyansı (ÜSAA) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sektorunun iqtisadi həcminin artırılmasına kömək edəcək.

Ümumdünya Soyuducu Anbarlar Alyansının (ÜSAA) vitse-prezidenti Riçard Treysi (Richard Tracy)

Ümumdünya Soyuducu Anbarlar Alyansının (ÜSAA) vitse-prezidenti Riçard Treysi (Richard Tracy)

Bu məqsədlə sentyabrın 9-da Bakıda "Hyatt Konfrans" Mərkəzində "Soyuducu anbarlar və soyuducu təchizat zənciri" mövzusunda seminar keçirilib. Seminarda 50 azərbaycanlı sənaye mütəxəssisi iştirak edib.

Forumda ABŞ hökumətinin dəstəyi ilə Ümumdünya Soyuducu Anbarlar Alyansının mütəxəssisləri Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olaraq qida saxlanması və daşınması prosedurlarını modernləşdirməyə yardımın yollarından danışıb.

Ümumdünya Soyuducu Anbarlar Alyansının (ÜSAA) vitse-prezidenti Riçard Treysi (Richard Tracy) seminarda iştirak edən azərbaycanlı sənaye mütəxəssislərinə soyuducu anbarlar sahəsində yeni innovasiyalar, texnologiyalar, həmçinin enerjiyə qənaət və effektivliyin optimallaşdırılması yollarından danışıb.

Onun sözlərinə görə, Azərbaycanda bir çox müəssisələrdə qidanın saxlanılması şərtləri beynəlxalq standartlara cavab verir.

“Biz Azərbaycanda aqrobiznesin potensialının genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının həm Azərbaycan, həm də xaricə çıxarılmasına yardım göstərməyə çalışacağıq. ÜSAA-nın 75 ölkədə təmsilçiliyi var. Bizim əsas məqsədimiz bütün dünyada qidanın təhlükəsiz şəkildə nəql edilməsini təmin etməkdən ibarətdir. Mən Azərbaycanda qidanın saxlanılması şərtlərini gördüm, və mütəəssir oldum ki, onlar tamamilə beynəlxalq standartlara cavab verir. Lakin bəzi obyektlər var ki, onların beynəlxalq standartlara cavab verməsi üçün yardım göstərilməlidir”, Riçard Treysi Amerikanın Səsinin sualına cavabda bildirib.

Soyuducu anbarlar və soyuducu təchizat zənciri mövzusunda seminar

Soyuducu anbarlar və soyuducu təchizat zənciri mövzusunda seminar

Xatırladaq ki, ABŞ Ticarət Departamenti 6-8 sentyabrda Ucar, Samux, Xaçmaz, Xırdalan və Bakıda kənd təsərrüfatı şirkətlərinin soyuducu anbar obyektlərinin qiymətləndirilməsini aparmaq üçün 3 ekspert dəvət edib. Ekspertlər səmərəliliyi və hasilatı artırmaq məqsədi ilə soyuducu anbarların müasirləşdirilməsi üçün ən zəruri həll yollarını müəyyən etməkdə Azərbaycan şirkətlərinə yardım göstərir.

Ekspertlər inanır ki, əməkdaşlıq nəticəsində Azərbaycan şirkətləri yeni bazarlar əldə edilməsinə nail olacaq.

"Biz 5-6 kənd təsərrüfatı müəssisəsinə baş çəkmişik. Burada olan soyuducu kameraların keyfiyyəti həqiqətən çox yaxşıdır. Bəzi şirkətlər isə bu istiqamətdə daha da təkmilləşmək istəyirlər. Biz də onlara bu yolda yardım göstərəcəyik”, Treysi qeyd edib.

O, Azəırbaycan kənd təsəsrrüfatı məhsullarının Amerika bazarında rəqabətliliyi ilə bağlı sualın cavabında deyib ki, Azərbaycanın dünyanın ən dadlı bəzi məhsullarına malik olduğunu hamı bilir.

“Amma, belə sual yaranır ki, onu kifayət qədər yetişdirə bilərlərmi ki, qiymət baxımından rəqabətə davamlı olsun. Kartof, pomidor elə məhsullara daxildir ki, orada daha vacib faktor qiymətdir. Çünki dünyada elə məhsullar var ki, onların qiymət mənasında rəqabətliliyi yoxlanılır. Digər tərəfdən nar kimi məhsul sahəsində Azərbaycanın çox böyük üstünlüyü var. Azərbaycan dünyada bu məhsulun ixracı üzrə rəqabətə davamlı kimi çıxış edə bilər”, vitse-prezident bildirib.

XS
SM
MD
LG