Accessibility links

Riçard Morninqstar: İttihamlar gülüncdür... [Video-müsahibə]


Riçard Morninqstar: İttihamlar gülüncdür...
please wait

No media source currently available

0:00 0:14:04 0:00

Riçard Morninqstar: İttihamlar gülüncdür...

ABŞ-ın Azərbaycandakı səfirinin Amerikanın Səsinə müsahibəsi: Dağlıq Qarabağ, enerji siyasəti və perspektivlər

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Amerikanın Səsinə müsahibəsində ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 22-ci ildönümü, Ermənistan-Azərbaycan cəbhəsində son gərgin durum və ölkəsinin Xəzər regionunda enerji siyasətindən danışıb. Səfir Morninqstar onu dövlət çevrilişində ittiham edənlərə cavab verib.

Sual: Amerika-Azəbaycan diplomatik münasibətlərinin yaranmasından 22 il keçir. Bu 22 ildə Amerika-Azərbaycan münasibətlərinin müsbət və mənfi məqamları nədir?

Cavab: İlk öncə, bu münasibətlərin qurulmasından 22 il keçməsinə inanmaq çətindir. Mən Azərbaycana 19 il bundan əvvəl ilk dəfə səfər etmişəm. Vaxt sürətlə keçib gedir.

Bildiyiniz kimi seçki prosesi, seçki prosesinin gedişi bizi məyus etmişdi.
Ümumilikdə deyə bilərəm ki, əlaqələrimiz yaxşı olub. Ölkələrimiz arasında bir sıra məsələlərdə ortaq maraqlar var. Bunların arasında demokratik və iqtisadi islahatlar da var və bu sahələrdə ölkələrimiz arasındakı əməkdaşlığı davam etdirməliyik.

Bildiyiniz kimi seçki prosesi, seçki prosesinin gedişi bizi məyus etmişdi və bu öz-özlüyündə bir daha vurğulayır ki, biz bu kimi sahələrdə əməkdaşlığımızı davam etdirməliyik.

Eyni zamanda ölkələrimiz arasında çoxlu ortaq maraqlar olan sahələr var ki, bu sahələr üzrə işimizi davam etdirməliyik. Geosiyasi, təhlükəsizlik sahələrində
ABŞ səfiri Riçard Morninqstarın Amerikanın Səsinə müsahibəsi
ABŞ səfiri Riçard Morninqstarın Amerikanın Səsinə müsahibəsi
əməkdaşlığımız mövcuddur və təhlükəsizlik sahəsinə aid olan məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, terrorizmlə mübarizə, eyni zamanda ölkələrimiz arasında yaxşı əlaqələrin olduğu Əfqanıstan məsələsini qeyd etmək istəyirəm. Bütün bu əlaqələr həm ABŞ, həm də Azərbaycanın marağındadır. Bu qeyd etdiyimiz məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi hər iki ölkənin marağındadır.

Eyni zamanda enerji məsələləri üzrə və həmçinin qeyri-enerji sahələrində də əməkdaşlığımızı davam etdirməliyik. Buraya Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsi də daxildir.

Bildiyiniz kimi, bizim ən güclü əlaqələrimiz demokratik ölkələrlədir və bu baxımdan Azərbaycanla sıx əməkdaşlığımızı davam etdirməliyik.

Sual: Diplomatik əlaqələrin 22-ci ildönümündə bir sıra yerli mətbuat orqanları Amerikanın səfirini dövlət çevrilişində günahlandırır. Münasibətiniz?

Birləşmiş Ştatlar Azərbaycanda rejim dəyişikliyində, Azərbaycanda çevriliş edilməsində maraqlı deyil.
Cavab: Mən bu ittihamları birmənalı olaraq rədd edirəm, təkzib edirəm. Birləşmiş Ştatlar Azərbaycanda rejim dəyişikliyində, Azərbaycanda çevriliş edilməsində maraqlı deyil. Hesab edirəm ki, bu ittihamlar gülüncdür. Azərbaycanın siyasi gələcəyi tamamilə Azərbaycan xalqının özündən asılıdır.

Sual: Ermənistan-Azərbaycan cəbhəsində bu gün vəziyyət gərgin qiymətləndirilir. Münasibətiniz necədir? Danışıqlar prosesinə bu necə təsir edə bilər?

Cavab: Baş verən hadisələr bizi çox narahat edir. Biz həm Azərbaycan, həm də
Hər zaman yanlış hesablama və yaxud da bilməyərəkdən, istəmədən atılan addımların xoşagəlməz nəticə və fəsadlarla yekunlaşa biləcəyi təhlükəsi var.
Ermənistan tərəfinə çox aydın şəkildə bildirmişik ki, bu baş verənlər, təmas xəttində baş verən gərginliyin artması ölkələr arasındakı nizamlanma prosesinə heç də köməklik etmir. Başqa sözlə desək mənfi təsir edir. Hər zaman yanlış hesablama və yaxud da bilməyərəkdən, istəmədən atılan addımların xoşagəlməz nəticə və fəsadlarla yekunlaşa biləcəyi təhlükəsi var. Biz belə pis, xoşagəlməz halların baş verməsini heç vaxt istəmirik. Biz təmas xəttinin hər iki tərəfində faciəvi insan itkilərinə təəssüf edirik.

Bununla bərabər noyabrda (2013-cü ildə) hər iki prezident münaqişənin necə nizamlanması və nizamlanma yolları barədə konstruktiv danışıqlar aparmışdılar. Biz hesab edirik ki, bu danışıqların davam etdirilməsi və hər iki prezidentin nizamlanma istiqamətində birgə işini davam etdirməsi çox vacibdir.

ABŞ səfiri Riçard Morninqstar
ABŞ səfiri Riçard Morninqstar
​Minsk qrupunun vəzifəsi vasitəçilik etmək, kömək etmək və ideyalar irəli sürməkdir. Biz yalnız ümid edə bilərik ki, irəliləyiş olacaqdır.

Sual: Bu il “Əsrin kontraktı”nın 20-ci ili tamam olur. ABŞ-ın son 20 ildə Xəzər regionunda uğurları və uğursuzluqları nə olub?

Enerji sahəsində əlaqələrimiz çox yaxşıdır. Ümidvaram ki, bu belə də qalacaq.
Cavab: İlk öncə hesab edirəm ki, ABŞ-la Azərbaycan arasındakı enerji sahəsindəki əlaqələr əla olub və bir neçə mühüm uğurlar əldə edilib. Bu müddət ərzində əldə edilmiş mühüm uğurlar arasında ilk öncə Bakı-Tbilisi-Ceyhan kəmərinin adını çəkə bilərəm və mənə bu kəmər üzərində işləmək səadəti nəsib olub. Eyni zamanda cənub qaz dəhlizi adlandırılan layihə istiqamətində son dövrlər uğurlar əldə olunub.

Şahdəniz layihəsi ilə bağlı kəmər seçimi və yekun investisiya ilə bağlı qərarın qəbul olunmasının da adını çəkə bilərəm. Hesab edirəm ki, biz cənub qaz dəhlizi ilə bağlı konstruktiv rol oynaya bilmişik və bunu davam etdirəcəyik.

Mən bu müddət ərzində enerji sahəsində uğursuz kimi səciyyə edə biləcəyim bir məqam qeyd edə bilmərəm və bir daha qeyd edirəm ki, enerji sahəsində əlaqələrimiz çox yaxşıdır. Ümidvaram ki, bu belə də qalacaq.

Sual: Amma son 5 ildə Amerika şirkətləri Xəzər regionunda nədənsə aktiv investisiya siyasəti yürütmür, investisiyalar qoymur. Hətta, ConocoPhillips şirkəti Kaşaqan layihəsini tərk edib. Səbəbi nədir?

Qarşıdan gələn bir neçə il ərzində başlanılacaq və meydana çıxacaq çox mürəkkəb yeni layihələrdə Amerika şirkətləri bacarıqla, məharətlə texniki əməkdaşlıq qura bilər və eyni zamanda maliyyə risklərini bölüşə bilərlər.
Cavab: İlk öncə qeyd etmək istəyirəm ki, Amerika şirkətləri tərəfindən Xəzər regionuna güclü investisiyalar yatırılıb. Azəri-Çıraq-Günəşli layihəsində aparıcı Amerika şirkətləri iştirak edib. Eyni sözləri Bakı-Tbilisi-Ceyhana da aid etmək olar.

Doğrudur Şahdəniz layihəsində Amerika şirkətləri tərəfdaş kimi iştirak etmir. Amma qeyd etmək lazımdır ki, bp qlobal bir şirkətdir, ABŞ-ın bir şirkəti ilə birləşib və Amerikada bp şirkətinin böyük aktivləri var. Onu da əlavə etmək istərdim ki, Amerika şirkətləri Azərbaycanda yeni layihələrdə maraqlıdır. Mən Azərbaycandakı layihələrdə marağı olan bir sıra aparıcı Amerika şirkətləri ilə söhbətlər aparmışam. Qarşıdan gələn bir neçə il ərzində başlanılacaq və meydana çıxacaq çox mürəkkəb yeni layihələrdə Amerika şirkətləri bacarıqla, məharətlə texniki əməkdaşlıq qura bilər və eyni zamanda maliyyə risklərini bölüşə bilərlər.

Sual: Fikrinizcə Azərbaycanda investisiyalara əsas təhlükələr nədir? Bu təhlükələr siyasi, iqtisadi, demokratiya, insan haqları faktorlarının hansı ilə daha çox bağlıdır?

Sərmayədarlar əmin olmalıdırlar ki, onlar birbaşa və şəffaf şəkildə hökumətlə qarşılıqlı əlaqədə ola biləcəklər və eyni zamanda xoşagəlməz rəqabətlilik prinsipləri əsasında geniş inhisarlar tərəfindən həyata keçirilən xoşagəlməz hallarla üzləşməyəcəklər.
Cavab: Mən hesab edirəm ki, bu məsələyə bir sıra cəhətlərdən yanaşmaq lazımdır və şirkətlərin nöqteyi-nəzərindən iqtisadi və maliyyə riskləri daha çox diqqət cəlb edir. Hesab edirəm ki, Amerika şirkətlərinin yalnız enerji sahəsində deyil, qeyri-enerji sahəsində də, məsələn informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə iştirakı üçün çox önəmli iqtisadi imkanlar var.

Amma Azərbaycanın üzərində işini davam etdirməli olduğu bir sıra məsələlər də var. Bunların arasında gömrük islahatları, rəqabət qabiliyyəti barədə məcəllənin qüvvəyə minməsinin adını çəkə bilərəm.

Sərmayədarlar əmin olmalıdırlar ki, onlar birbaşa və şəffaf şəkildə hökumətlə qarşılıqlı əlaqədə ola biləcəklər və eyni zamanda xoşagəlməz rəqabətlilik prinsipləri əsasında geniş inhisarlar tərəfindən həyata keçirilən xoşagəlməz hallarla üzləşməyəcəklər. Ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü də mühüm bir addım olacaqdır. Çünki bu təşkilata üzvlük bir sıra islahatların həyata keçirilməsini vacib edir. Bu da öz növbəsində investisiya mühitinin yaxşılaşmasına rəvac verəcəkdir.

ABŞ səfiri Riçard Morninqstar
ABŞ səfiri Riçard Morninqstar
Siz siyasi, demokratik və insan haqları məsələlərinə toxundunuz və mən investisiya nöqteyi-nəzərindən bu məsələləri diqqətdən kənarda saxlaya bilmərəm. Hesab edirəm ki, investorlar bu məsələyə daha çox uzunmüddətli aspektdən yanaşacaqlar. Biz hesab edirik ki, demokratik və iqtisadi islahatlar Azərbaycanın orta və uzunmüddətli sabitliyi baxımından önəmlidir. Şirkətlər də bu cür sabitliyin marağındadırlar ki, onlar proqnozlaşdırıla bilən mühitdə fəaliyyət göstərə bilsinlər. Nəhayətdə sadaladığımız məsələlər bir-biri ilə qarşılıqlı şəkildə əlaqəlidir.

Sual: ABŞ TAP (Trans Adriatic Pipeline) layihəsini dəstəklədiyini bəyan edib. Layihə üçün siyasi risklər yaranarsa Amerika nə edəcək?

Yunanıstan və İtaliya ilə bağlı risklərə gəlincə, hesab edirəm ki, bu risklər məqbul risklərdir.
Cavab: Trans Adriatik kəmərindən söhbət gedəndə, burada bu kəmərin Yunanıstan, İtaliya və bəzi Balkan ölkələrindən keçməsindən söhbət gedir. Güman edirəm ki, siz Qafqazlarda olan risklərdən bəhs etmirsiniz. Hesab edirəm ki, siyasi riskləri TAP layihəsini həyata keçirənlər nəzərdən keçirməli və nəzərə almalıdırlar.

Yunanıstan və İtaliya ilə bağlı risklərə gəlincə, hesab edirəm ki, bu risklər məqbul risklərdir. Yunanıstan və İtaliya, eyni zamanda bəzi Balkan ölkələri bu layihədə iştirak edəcəklər, bunlar ya artıq Avropa İttifaqının üzvləridir, ya da Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar və bunların hamısı bu ölkələrdə siyasi sabitliyi təmin edəcəkdir, hətta hökumətlərdə müəyyən dəyişikliklər olsa da belə. Güman edirəm ki, əsas üzləşiləcək məsələlərdən biri də yerli səviyyələrdə icazələrin alınmasıdır ki, bunlar da lazımi şəkildə həll ediləcək.

Sual: Transxəzər layihəsinin reallaşdırılması perspektivlərinə necə baxırsınız, bu mümkündürmü?

Biz həmişə Transxəzər kəmərini dəstəkləmişik.
Cavab: Biz buna ümidvarıq. Biz həmişə Transxəzər kəmərini dəstəkləmişik. Mən bu kimi layihələrdə zaman-zaman, fasilələrlə 1999-cu ildən bu və ya digər şəkildə iştirak etmişəm. Ancaq bu məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistan arasında danışıqlar mövzusudur. Məsələ bu ölkələrdən asılıdır.

Ümidvaram ki, Şahdənizlə bağlı yekun investisiya qərarının verilməsi, Bakıdan qaz təchizatı məsələsində əminlik yaradıb. Bu da Türkmənistanın qarşıdan gələn illərdə Transxəzər kəmərinə marağının daha da artmasına gətirib çıxaracaq. Biz inanırıq ki, Türkmənistan, Azərbaycan və Avropa İttifaqı belə bir kəmər barəsində razılığa gələrsə, bu kəmər reallaşdırılacaq.

Sual: Türkmənistanla hazırda danışıqlar mövcuddurmu? İstər Azərbaycan, istər Amerika, istərsə də Avropa İttifaqı ilə Türkmənistan hökuməti arasında danışıqlar varmı?

Danışıqlar Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında aparılır.
Cavab: ABŞ belə bir kəmərdə maraqlıdır, amma Birləşmiş Ştatlar danışıqlarda iştirak etmir. Danışıqlar Türkmənistan, Azərbaycan və Avropa İttifaqı arasında aparılır. Onu da əlavə etməliyəm ki, üçtərəfli danışıqlarda birbaşa iştirak etməsələr də Türkiyə və Gürcüstan da bu kəmərdə maraqlıdır və onlar da bu kəmərdə söz sahibidirlər.

Sual: Xəzərdə enerji obyektlərinin təhlükəsizliyi, o cümlədən texniki təhlükəsizliyi ilə bağlı Amerika layihə həyata keçirirdi. Bu sahədə indi vəziyyət necədir, layihə davam etdirilirmi?

Hesab edirəm ki, bu bizim əməkdaşlığımızın önəmli bir sahəsidir.
Cavab: Bəli, biz Azərbaycanın enerji infrastrukturunu ən yaxşı şəkildə müdafiə etmək yolları çərçivəsində Azərbaycanla əməkdaşlıq edirik. Hesab edirəm ki, bu bizim əməkdaşlığımızın önəmli bir sahəsidir.

Sual: Amerika şirkətləri Azərbaycanda şist qazları, eyni zamanda mezozoy çöküntüləri ilə bağlı axtarış işlərinə başlayıbmı və ya başlaya bilərmi? Bununla bağlı vəziyyət nə yerdədir?

Müəyyən Amerika şirkətləri bu işdə maraqlıdırlar.
Cavab: Biz bu prosesin başlanğıc mərhələsindəyik. Müəyyən Amerika şirkətləri bu işdə maraqlıdırlar. Amma prosesin necə cərəyan edəcəyi barədə hər hansı söz demək hələ çox tezdir.

Sual: Hələ 90-cı illərin ortalarında Amerika Azərbaycanda neft emalı sənayesinə, eyni zamanda neft-kimya sənayesi sahəsinə investisiya qoymaqda maraqlı idi. İndi vəziyyət necədir?

Cavab: Emal sənayesində, emal fəaliyyətlərində maraqlı olan şirkətlər hələ də var və müəyyən layihələr sahəsində müəyyən işlər aparılır. Amma mən konkret şirkət adı çəkə bilməyəcəm. Çünki burada söhbət biznesin məxfiliyindən gedir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG